Whatsapp Instagram Youtube

Bloq - Ziyillər haqqinda maraqli melumatlar - Dermatoloq

Ziyillər haqqinda maraqli melumatlar - Dermatoloq

Ziyillər haqqinda maraqli melumatlar - Dermatoloq

ss

Ziyillər dərinin virusların təsirinə məruz qalması nəticəsində yaranır. Ziyillərə səbəb olan viruslar “insan papillomavirusu (HPV)” ailəsinin üzvləridir.Ziyillər adətən dəri rəngində və ağrısız olur.  Ancaq bəzən qara, düz, yumşaq və ya ağrılı ola bilər.

 

Ziyillərin növləri 

Adi ziyillər

Ayaq ziyilləri

Yastı ziyillər

Genital ziyillər (kondiloma)

 

Adi ziyillər: Adətən dırnaqların ətrafında, barmaqlarda və əllərdə görünsələr də, bütün bədəndə görünə bilərlər.  

 

Ayaq ziyilləri: əsasən, ayaq dabanında yerləşir. Qara nöqtələr kimi görünür.  Ayaqlardakı ziyillər adətən ağrıya səbəb olur.

 

Yastı ziyillər: Onların səthi düzdür, adətən kiçikdir.  Uşaqlarda üzdə daha çox rast gəlinir.

 

Genital ziyillər (Kondiloma) Kişilərdə ən çox cinsiyyət orqanında və ətrafında, qadınlarda vaginada, vulvada və uşaqlıq boynunda, qasıqda, anus ətrafında və ya düz bağırsaqda yerləşə bilər.

 

Ziyillər yoluxucudur mu?

Ziyillər insandan insana, bəzən ortaq istifadə edilən əşyalardan keçə bilər.  Ziyillə ilk təmasdan sonra ziyil əmələ gəlməsi həftələr və ya aylar sonra baş verə bilər.  Ziyillərin inkişafı insan bədəninin müqavimətindən asılıdır. Uşaqlarda orqanizmin müqaviməti böyüklərə nisbətən daha az olduğu üçün daha tez yoluxma halları müşahidə edilir. Genital ziyillər adətən cinsi yolla ötürülür, lakin genital bölgə ilə təmas zamanı və ya doğuş zamanı anadan uşağa da keçə bilər.  

 

Ziyillərin müalicəsi necədir? 

Ziyillərin müxtəlif müalicə üsulları vardır. Bu üsullara dərman müalicəsi, krioterapiya, elektrokoaqulyasiya, lazer metodları və böyük genital ziyillərdə cərrahi müdaxilələr aiddir. Müalicə metodu həkim dermatoloqun əyani müayinəsindən sonra müəyyən edilir.

Genital ziyillər mütləq müalicə olunmalıdır.  Çünki xəstənin cinsi partnyoruna keçə bilər və bəzi növlər gələcəkdə xərçəngə çevrilə bilər. Qadınlarda bəzi hallarda müntəzəm PAP-smear testi etmək çox vacibdir.

 

Tövsiyələr

Ziyillərin müalicəsində reseptsiz istifadə edilə bilən dərmanlar var.  Bununla belə ziyil kimi gördüyünüz element fərqli bir dəri xəstəliyi ola bilər və asidik dərmanların istifadəsi bu xəstəliyin əlamətlərinin yox olmasına səbəb ola bilər.  Diaqnoz və ya müalicənin düzgün tətbiqi baxımından dermatoloqa müraciət etməlisiniz.

Bir çox insanlar ziyillərin yox olmasında ənənəvi üsulların təsirli olduğunu düşünür.  Xüsusilə uşaqlarda ziyillər zamanla keçə bildiyi üçün onların ənənəvi üsullarla, yoxsa xəstəliyin təbii prosesi ilə bağlı olduğunu ayırd etmək olmur.  Sayı artan, ağrı və həssaslıq kimi əlamətləri olan ziyillərdə mütləq olaraq həkim dermatoloqa müraciət edilməlidir.

 

Dermatoloq Dr Mehdi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər