Whatsapp Instagram Youtube

Bloq - Saçım topa topa tökülür! Nə edəbilərəm?

Saçım topa topa tökülür! Nə edəbilərəm?

Saçım topa topa tökülür! Nə edəbilərəm?

ss

Alopesiya saç tökülməsi deməkdir. Alopesiya areata dəyirmi oval formalı nahiyədə saç tökülməsinə verilən addır.

 

Tətikləyici amillər hansılardır?

Xəstəliyin başlaması stresli bir dövrdən sonra baş verə bilər. Bu tip saç tökülməsi insan genetikasının digər amillərlə birləşdiyi zaman yaranır. 

 

Alopesiya areata hər hansı bir xəstəliyin əlamətidirmi?

Alopesiya areata olan bir insan ümumiyyətlə digər aspektlərdən sağlamdır. Lakin alopesiya areatası  olan xəstələr tiroid xəstəliyi, vitiliqo, kollagen toxuma xəstəlikləri, astma və allergiya (ən çox atopik ekzema) kimi immun sistemi ilə əlaqəli digər xəstəliklər üçün risk altındadırlar.

 

Simptomları hansılardır?

Alopesiya areata daha çox baş dərisində müşahidə olunsa da, qaşlar, kirpiklər və saqqallarda və ya tük olan istənilən bədən nahiyəsində də baş verə bilər. Bir və ya bir neçə qəpik şəklində, yuvarlaq, hamar və keçəlləşmiş nahiyələr kimi başlayır. Saç tökülməsi ani olur, ətrafa yayıla bilər. Nadirən dırnaqlar da zədələnə bilər. Dırnaqlarda nöqtə şəkilli çökəkliklər, ağ xətlər, qabalaşma, parlaqlıq itməsi, nazikləşmə ola bilər. Nadir hallarda dırnaqların forması dəyişə və ya düşə bilər.  Bəzən dırnaq dəyişiklikləri alopesiya areatanın ilk əlaməti ola bilər. Xəstələrdə dırnaq pozğunluqlarının olması bu xəstəliyinin ağır gedişatlı olacağından xəbər verir. 

 

Kimdə alopesiya areata olur?

Alopesia areata etnik mənsubiyyətindən, cinsindən və yaşından asılı olmayaraq hər kəsdə baş verə bilər. Alopesiya areata olan insanların əksəriyyəti tamamilə sağlamdır.

 

Alopesiya areata diaqnozu necə qoyulur?

Dermatoloqlar bu tip saç tökülməsini müayinə edərək diaqnoz qoya bilərlər. Nadir hallarda, bu xəstəliyi təsdiqləmək üçün dəri biopsiyası edə bilər. Bu prosedurda dərinizin kiçik bir parçası götürülür və mikroskop altında araşdırılır.

Həkiminiz xəstəliyinizin digər immun sistem xəstəlikləri ilə əlaqəli ola biləcəyini düşünürsə, qan testi edə bilər.

 

Alopesiya areatanın səbəbi nədir?

Alopesiya areata insanın öz immun sistemi ilə əlaqəli autoummun xəstəlikdir.  İmmun sistem bilinməyən bir səbəbdən öz hüceyrələrini yad kimi qəbul edir və öz hüceyrələrini zədələməyə başlayır.  Alopesiya areata zamanı bədən öz saç hüceyrələrinə hücum edir. Beləliklə, saçların böyüməsini dayandırır və saçın kökdən ayrılmasına səbəb olur.

 

Alopesiya areata yoluxucudurmu?

Xəstəliyin infeksiya və ya mikroblarla heç bir əlaqəsi yoxdur. Bu, yoluxucu xəstəlik deyildir.

 

Alopesiya Areata necə müalicə olunur?

Dermatoloq saçlarınızın daha sürətli uzanmasına və müalicəni sürətləndirməyə kömək edəcək bəzi dərmanlar təyin edəcək. Ancaq bu müalicələr xəstəliyin təkrarlanmamasını istisna etmir.

 

Alopesiya isatanın müalicəsində istifadə olunan dərmanlar:

Kortikosteroidlər: Bu dərmanlara immun sistemini basqılayır. Pasient saç tökülməsi olan yerə krem, losyon və ya məlhəm şəklində dərmanı özü tətbiq edə bilər. Həkiminiz həmçinin dərmanın iynə formasını saç tökülmə sahəsinə yeridə bilər. Yetkin xəstələrdə inyeksiya tez-tez ilk müalicə üsulu kimi sınanır. Hər 2-6 həftədən bir tətbiq olunur. Saçların böyüməsi son inyeksiyadan təxminən 1-2 həftə sonra başlayır, bəzən bu müddət daha uzun ola bilər. 

Minoxidil: Minoxidil sprey bəzi xəstələrdə saçların yenidən uzanmasına kömək edə bilər. Tez-tez digər müalicələrlə birlikdə istifadə olunur. Xəstələr tərəfindən gündə iki dəfə baş dərisinə, qaşlara və ya saqqal nahiyəsinə çəkilir. Yeni saç böyüməsi təxminən 3 aydan sonra başlayır.

Alternativ müalicə üsulları: Saç tökülməsi olan nahiyəyə sarımsaq sürtmək xalq arasında çox istifadə edilən üsul olsa da, bu və digər bitki mənşəli üsullar haqqında kifayət qədər elmi məlumat yoxdur. Belə hallarda xeyirdən çox zərər verməmək üçün mütləq dermatoloqla məsləhətləşin.

Digər müalicələr: Başqa immunosupressiv müalicə üsulları var ki, onlar faydalı ola bilər, lakin mənfəət-zərər nisbəti hesablandığı zaman çox istifadə edilmir. Alopesiya areatanın müalicəsini təkmilləşdirmək üçün tədqiqatlar davam edir.  

 

Tövsiyələr: 

Saç tökülməsi gündəlik həyatda insanlar üçün stres mənbəyidir. Çünki cəmiyyət sağlam saçlara gəncliyin və sağlamlığın göstəricisi kimi baxır. Lakin insan üzülmək, depressiyaya düşmək və özünə qapanmaq əvəzinə təcrübəli dermatoloqun köməyilə saç tökülməsinə qarşı mübarizə aparmalıdır.

 

Şərhlər