Dermatoloq - Kosmetoloq Mehdi Mahmudi pasiyentlərin ən çox verdiyi suallardan bəzilərinə cavablarını bu bölmədə paylaşır. Sizdə suallarınızı bizə yazaraq cavab tapabilərsiz
Saçlar müxtəlif səbəblərdən tökülə bilər. Onlar arasında stress, vitamin çatışmazlığı, hormonal dəyişikliklər, saç dibinin seboreyası və bəzi dərman preparatlarının qəbulu geniş yayılmışdır. Müalicə sxemi saç tökülməsinin səbəbi və ağırlıq dərəcəsi nəzərə alınmaqla tərtib olunur.
Quruluğu aradan qaldırmaq məqsədilə dəriyə nəmləndirici krem çəkmək və ildə 2 dəfə biorevitalizasiya prosedurundan keçmək məsləhət görülür.
Bu problem dərinin lazerlə cilalanması, mikronidlinq, müxtəlif növ pilinq və separasiya üsulları ilə aradan qaldırılır.
Sızanaqların yaranma səbəbləri və ağırlıq dərəcəsindən asılı olaraq, xarici (yerli) və daxili terapiya aparılır. Müalicə prosesində antibiotiklər, retinoidlər, oral kontraseptivlər və digər vasitələrdən istifadə edilir.
Akne hər yaşda insanda meydana gələ bilər. 12 və 24 yaş arası insanlar ən çox aknedən əziyyət çəkənlər kateqoriyasındadırlar. Ümumiyyətlə yeniyetməlik yaşlarında başlayır, qızlar oğlanlardan daha çox aknedən təsirlənərlər.
Kürək sızanaqlarına ölü dəri və artan yağ təsir edir. Bunun üzərinə gündəlik vərdişləriniz də səbəb ola bilər. Xoşbəxtlikdən gündəlik həyatınızda bir neçə sadə dəyişikliklər etməklə bədən sızanaqlarından qurtula bilərsiniz.
Akne uzun müddət müalicə olunmasa dəridə böyük ölçüdə yara izləri qalar, psixoloji gərginliklər yaranar, özünə güvənmək və özünə hörmət etmə kimi faktorlar ciddi problemlər yaradar.
Su içmək dərinin nəmlənməsinə kömək edər bu da sızanaqların təmizlənməsinə gətirib çıxardır.
Akne vulqaris olaraq da bilinən sızanaqlar bir çox amildən qaynaqlanır. Dəridə normal bir yağın həddindən artıq istehsalı hormonların təsiri ilə artır. Ölü dəri hüceyrələri tökülmür və qıl köklərini bağlayır
Üzünüzü ilıq su ilə və sadə sabunla yuyun. Gündə 2 dəfə təkrarlayın. Çox ovuşdurmayın. Gün ərzində üzünüzə toxunmayın. Saçlarınızı mütəmadiyyən yuyun və üzünüzlə təmas etməsindən çəkinin.
Yumru ətrafı qırmızı olan ağ bir başı xatırladırlar. Ağ və sarı irinlə dolu olur. Sızanaqları sıxmaqdan çəkinin. Sıxmaq, dəridə çapıqların və qara ləkələrin qalmasına gətirib çıxarır.
Akne xəstəliyində ən çox göstərilən bakteriya propionibacterium olsa da , akne vulgarisə ən çox Staphylococcous aureus səbəb olur.
Bir çox insanın akne səbəbkarı tıxanmış məsamələr və hormonal problemlər olur. Müəyyən bölgələrdə yaranan sızanaqlar əslində sağlamlıq problemlərini göstərir. Lakin xəritələnmiş bəzi ərazilərdə yaranmış sızanaqlar daxili xəstəlikləri təyin etmək üçün alternativ bir tibbi praktikadır.
Ağır halda olan akne vulgar və rosacea aknelər çətin müalicə olunsa da müalicə etmək mümkündür. Dermotoloqunuzun köməyi ilə yüngül aknelər uyğun şəkildə idarə oluna və azaldıla bilər.
Özünüzü günəşdən qoruyun. Bir çox akne dərmanları günəşə olan həssaslaşmağınızı artlracaq və bu da günəş ləkələrinin yaranmasına səbəb olacaq. Sızanaq yaralarına toxunmayın. İdmanla məşğul olmaq stressi minimuma endirmək üçün yaxşı yoldur. Sızanaqları çoxaldan qidalardan uzaq durun.
Müalicə olunmayan sızanaqlar öz-özünə təxminən 4-5 ilə qədər davam edir. Bu təxmini çox yeniyetmələrin aldığı nəticədir. Akne vulgaris bəzən özlüyündən yox olud bəzən isə kremlərlə yaxşı nəticə verə bilər.
Masturbasiya akneyə səbəb olmur. Əslində masturbasiyanın fiziki və zehni yorğunluğu aradan qaldırması kimi müsbət faydaları vardır. Bədən yeniyetmə yaşlarında bir çox dəyişimə məruz qalır. Masturbasiya etmədiyinizdə aknelərinizin azalması sadəcə bir təsadüfdür.
Qida rasionunuzu ağ çörək, düyü, soda, tort və şəkərli içkilərlə doludursa, sızanaq yaranma ehtimalı daha çoxdur. Bu yeməklərdə olan şəkər və karbohidratlar qana tez daxil olur. Bu qidaların qandakı şəkərlərin necə təsir altına düşdüklərinin ölçüsü olan qlisemik indekstdə yüksək olduqları görülür.
Aknelər qeyri-iltihablı, iltihablı, açıq və ya qapalı düyünlər ilə xarakterizə olunur. Akne vulqarisi , yağlı folliküllərin ən sıx populyasiyası olan dəri sahələrinə təsir edir : Bu hissələrə üz, arxa və sinə daxildir.
Akneyə 4 əsas faktor səbəb olur : 1.Həddindən artıq yağ ifrazı. 2. Saç köklərinin yağlanması 3. Ölü dəri hüceyrəsi tərəfindən tıxanıqlıq. 4. Bakteriyalar.
Ləkələri olan çox insan onlara Akne vulgaris deyir . Vulgar sözü " ortaq" olaraq istifadə olunan tibbi termindir. Az yayılmış akne tiplərini ayırd etmək üçün verilən addır. Bundan əlavə akneyə " sızanaq", "ləkələr " deyə də bilərsiniz.