Whatsapp Instagram Youtube

Bloq - PRP əvvəl və sonra nələrə diqqət edilməlidir?

PRP əvvəl və sonra nələrə diqqət edilməlidir?

PRP əvvəl və sonra nələrə diqqət edilməlidir?

ss

PRP nədir?

PRP "Platelet Rich Plasma" - "Trombositlərlə zənginləşdirilmiş plazma" deməkdir. Trombositlər qanda laxtalanmada rol oynayan hüceyrə hissəcikləridir. Trombositlər yara sağalmasının ilkin bərpasını başlatır, bu təsirləri böyümə faktorları  ilə edirlər. Bu böyümə faktorlarının dərini cavanlaşdırdığı və yenilədiyi artıq elmə məlumdur. Bu səbəbdən yaşlanma əleyhinə, ləkə müalicəsi, saç tökülməsi kimi bir çox sahədə istifadə olunur.

 

PRP necə əldə edilir və necə tətbiq olunur?

Xəstədən az miqdarda qan alınır. Steril borularda, sentrifuqada normal qanla müqayisədə təxminən 7-10 dəfə daha çox trombositlərlə zəngin olan plazma əldə edilir. Daha sonra pasientdən əldə edilən plazma kiçik başlıqlı iynələr vasitəsilə həmin şəxsə tətbiq edilir. Əsas tətbiq sahələri üz və baş dərisidir. 

 

PRP hansı göstərişlər zamanı istifadə olunur?

Dəridə parlaq və sağlam görünüş əldə etmək;

Yaşlanma əlamətlərini gerilətmək; 

Saç tökülməsi;

Mövcud çapıqların və yara  izlərinin sağalması; 

İncə qırışlar; 

Akne (sızanaq) izləri; 

Strialar (dəri çatları) və s. müalicəsində; eləcə də 

Lazer, mikroneedling və ya kimyəvi pilinq prosedurlar ilə birgə daha yaxşı nəticə almaq üçün tətbiq edilə bilər.

 

PRP hansı sıxlıqla tətbiq olunur, effekt üçün neçə seans lazımdır?

Tətbiq 2-4 həftəlik fasilələrlə 4-7 seans tətbiq edilir. Dəridə parlaqlıq və regenerasiya adətən ilk tətbiqdən sonra nəzərə çarpır, lakin tam effekt əldə etmək üçün ən azı 4-5 seans tətbiq olunmalıdır.

 

Tətbiqdən əvvəl və sonra nələrə diqqət edilməlidir?

Tətbiq etməzdən əvvəl dəri təmiz olmalıdır. Tətbiq ediləcək bölgədə herpes kimi dəri infeksiyası olmamalıdır. Prosedurdan dərhal sonra gündəlik fəaliyyətə qayıtmaq mümkündür. İynə yerlərinə toxunulmamalı, makiyaj edilməməlidir.

Əgər qan durulaşdıran dərmanlardan istifadə edirsinizsə, revmatik xəstəliyiniz varsa, bunu mütləq həkiminizlə bölüşün.  Daha əvvəl etdiyiniz kosmetik prosedurlar barədə həkiminizi məlumatlandırın.

 

PRP-nin əks təsirləri hansılardır?

Mütəxəssis dermatoloqlar tərəfindən edildikdə, demək olar ki, heç bir əks təsiri yoxdur.  İynə ilə tətbiq olunduğu üçün nadir hallarda tətbiq olunan yerlərdə qızartı və göyərmə kimi əlavə təsirləri ola bilər. Adətən 1-2 gün ərzində tamamilə keçib gedir. 

PRP proseduru mütləq mütəxəssis həkim dermatoloq tərəfindən edilməlidir.

Dermatoloq Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ

Şərhlər