Bloq - Sızanaq izləri necə keçər?

Sızanaq izləri necə keçər?

Sızanaq izləri necə keçər?

ss

Üzdə, sinədə və beldə sızanaq izləri çox yayılıb. 11-30 yaş arası insanların təxminən 80%-də sızanaq olur və bu insanlardan hər beş nəfərdən birində çapıq əmələ gəlir. Çapıqların azaldılması üçün ya reseptsiz dərmanlar, ya da dermatoloq tərəfindən aparılan bir və ya daha çox prosedur lazımdır. Həkim məsləhəti və daha ətraflı məlumat üçün sızanaq müalicəsi mövzusuna da baxa bilərsən.

hekim qebulu

 

Sızanaq izləri niyə qalır?

İltihablı sızanaq dərinin dərin qatlarını zədələyə bilər. Dəri sağalarkən:

Melanin artımı → ləkə/qaralma yaradır

Kollagen balansının pozulması→ çuxur və ya qabarıq iz yarana bilər

Həkim Dermatoloq bunları etməyinizi tövsiyə etmir:

Sızanağı sıxmaq

Günəşdən qorunmamaq

Müalicəni gecikdirmək

Dərin, ağrılı, iltihablı sızanaqlara türkə-çarı müdaxilə etmək

 

Sızanaq izləri necə ayırd edilə bilər?

Sızanaq izləri 2 cür ola bilər. 

  • Ləkə tipli
  • Çuxur tipli

Ləkə tipli sızanaq izlərində adətən üzdə qaralma və ya qızartı izi olur. Dəri səthi əsasən hamar olur, amma rəng tonu eyni rəngdə olmur. Çuxur tipli sızanaq izlərində isə dəri teksturası ümumiyyətlə fərqli olur, batıqlıq hiss olunur. Təəssüf ki, kremlər kifayət qədər faydalı olmadığına görə, mütləq prosedur lazımdır.

Sızanaq izlərini evdə müalicə etmək

Gəlin sizə sızanaq izlərini evdə müalicə edə bilməniz üçün bir neçə yol deyim. Lakin həkim dermatoloq müayinəsi olmadan bunları etmək üzünüzdə qalıcı ləkələr saxlaya bilər.

  • SPF-i gündəlik istifadə etmək
  • Qeyri-komedogen nəmləndirici(yumşaq təmizləyici) istifadə etmək


VACİB QEYD: Skrab, sərt pilinq, spirtli toniklərdən uzaq durmağınız məsləhətdir!

Sızanaq izlərini klinikada müalicə etmək

Ləkə (qaralma) üçün

  • Həkim nəzarəti ilə ləkə protokolu
  • Dəri tonunu bərabərləşdirən mərhələli yanaşma (qıcıq yaratmadan)
  •  

Çuxur (skar) üçün

  • Çuxurun tipinə görə (ice-pick, boxcar, rolling) tətbiq etmək
  • Melanin artımı və kollagen balansı pozulmasına kliniki müdaxilə etmək
  •  

sual və cavablar.webp

Sızanaq izləri tam keçə bilər?
İz növündən asılıdır: ləkələr çox vaxt tez sağalır, çuxurlar isə adətən mərhələli prosedur tələb edir.

SPF həqiqətən lazımdır?
Bəli. SPF yoxdursa, ləkə müalicəsi çox vaxt nəticə vermir və prosedur uzanır, pasiyent narazı qalır və dermatoloq müalicəsi effektsiz qalır.

Sızanaq izlərinə krem yetər?
Ləkə tipində kömək edə bilər; çuxur tipində çox vaxt təkbaşına kifayət etmir.

Bizimlə Əlaqə

Suallarınız və ya rəyləriniz varsa, bizimlə əlaqə saxlayın: