Rozasea nədir? Necə müalicə edilir?
ssRozasea - üzün nəzərəçarpacaq dərəcədə qızartısına və bəzən qalıcı eybəcərliyə səbəb olaraq insanın həyat keyfiyyətinə təsir edən ümumi bir dəri xəstəliyidir.
Rosaceada müvəqqəti və bəzən qalıcı qızartı, yanma, batma, sızanaq, damar genişlənməsi və quruluq müşahidə edilə bilər.
Xəstələrin yarısında göz tutulması baş verə bilər. Gözlərdə qızartı, sancma, yanma, quruluq və bulanıq görmə meydana gələ bilər. Bu şikayətlərdən hər hansı biri varsa, dermatoloqa müraciət edin.
Rozaseanın dörd alt növü var və onların müxtəlif əlamət və simptomları var.
1. Eritematotelangiektatik rosacea: Qızartı, kapilyar damarların gözə çarpan artış
2. Papulopustular rosacea: Qızartı, ödem və sızanaq kimi lezyonlar
3. Fimatoz rosacea: Dəri qalınlaşır və kobud bir quruluşalır
4. Okulyar rosacea: Gözlər qızarır və qıcıqlanır, göz qapaqları şişir.
Rosacea (Qızılgül Xəstəliyi) Səbəbləri Nədir?
Dəqiq səbəbi bilinməsə də, genetik faktorlar, immun sisteminin vəziyyəti, Demodex folliculorum kimi üzdə yaşayan gənələr, ultrabənövşəyi şüa (UV), dəri baryerinin pozulması və müxtəlif ətraf mühit faktorları rozaseaya səbəb ola bilər.
Rozasea (Qızılgül xəstəliyi) necə müalicə olunur?
Rozaseanın müalicəsində müxtəlif yerli tətbiq edilən kremlər və sistematik müalicə metodlarından və eləcədə lazer üsullarından istifadə edilir. Üz dərisindəki qızartı və genişlənmiş damarların müalicəsi üçün müxtəlif lazerlərdən ( Intense Pulse Light, Nd Yag, PDL və s.) istifadə olunur. Dermatoloqunuz müayinədən xəstəliyin şiddətinə uyğun olaraq sizin üçün ən uyğun müalicəni təyin edəcək.
Tövsiyələr:
Dəriyə düzgün qulluq simptomların aradan qaldırılmasında mühüm rol oynayır. Rozasea üçün uyğun nəmləndiricilər dərinin zədələnmiş baryerini bərpa etməyə kömək edir. Parfümlü günəş kremləri, tərkibində spirt və aseton olan təmizləyicilər, nəmləndiricilər və qlikolik turşusu olan toniklərdən çəkinmək lazımdır, çünki onlar xəstəliyi daha da gücləndirə bilər.
Günəşə məruz qalma
isti hava və buxar
spirt istifadəsi
isti içkilərin tez-tez istifadəsi
ədviyyatlı qidaların istifadəsi
çox rütubətli mühitdə olmaq stress
kortizonlu kremlərin uzun müddət nəzarətsiz istifadəsi
Dermatoloq Dr Mehdi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər