Whatsapp Instagram Youtube

Bloq - Genişlənmiş məsamələri azaltmağın 5 yolu | Dermatoloji

Genişlənmiş məsamələri azaltmağın 5 yolu | Dermatoloji

Genişlənmiş məsamələri azaltmağın 5 yolu | Dermatoloji

ss

Dərinin tipindən asılı olaraq məsamələrin ölçüsü insandan insana dəyişir.  Hər bir insanın bədəni incə tüklərlə əhatə olunub və hər bir ən kiçik tükün belə məsaməsi vardır. Hər tük follikulunun yağ vəzisi vardır. Piy vəziləri yağ ifraz edir və ifraz olunan yağ dərinin səthinə çatır və məsamələrdə toplanır.

 

 Genişlənmiş məsamələrin səbəbləri

 

 Həddindən artıq yağ ifrazı: Bəzi insanların yağ vəziləri həddindən artıq yağ istehsal edir və bu insanlar yağlı dəri tipinə malikdirlər.  İnsanın piy vəzilərinin çox yağ ifraz etməsi genləri ilə bağlıdır və bu da məsamələrin böyüklüyünü təyin edir.  

 

Məsamələrin ətrafında elastikliyin azalması: Dərinin elastikliyi azaldıqda məsamələr daha geniş görünür. 

 

Tük follikulunun həcminin böyük olması: Bu halda, tük kökündəki məsamə tıxanmağa meylli olur.

 

 Məsamələrə yağ yığıldığı zaman gün ərzində yığılan kir və makiyajla birləşərək məsamə tıxana bilər. Bu yığıntılar məsamələrin olduğundan daha böyük görünməsinə səbəb olur.  Sızanaqlar məsamələrin tıxanması ilə inkişaf edə bilər.

 

 Genişlənmiş məsamələr sağlamlıq problemi deyil.  Bu, sadəcə, estetik bir narahatlıqdır. Bir insanın böyük məsamələri varsa, bu vəziyyəti dəyişdirmək mümkün deyil. Ancaq görünüşü azaltmağın bəzi yolları var.

 

 Genişlənmiş məsamələri azaltmağın 10 yolu:

 

1. Su bazlı məhsullardan istifadə edin: Əgər yağlı dəriniz varsa, su bazlı məhsullardan istifadə etməlisiniz. Su bazlı məhsullardan istifadə etməklə siz artıq yağın məsamələrə daxil olmasının qarşısını almış olursunuz.

 

2. Üzünüzü həm səhər, həm də axşam yuyun: Üz yumaq dəriyə qulluğun əsasını təşkil edir. Səhər və axşam üzün yuyulması məsamələrdəki yağ və kirləri təmizləyəcək və onların görünüşünü azaltmağa kömək edəcək. 

 

3. Gel əsaslı təmizləyicilərdən istifadə edin: Nəmləndirici xüsusiyyətlərə malik təmizləyicilər yağlanmağı artıra bilər. Gel əsaslı təmizləyicilər məsamələrdəki yağı daha yaxşı təmizləyir və genişlənmiş məsamələrin görünüşünü azaldır.

 

4. Dəri tipinə uyğun tonik tətbiq edin: Tonik dəri təmizlənməsinin son mərhələsidir. Səhər və axşam təmiz dəriyə tətbiq olunan tonik dərini rahatlaşdırır, eyni zamanda məsamələri sıxlaşdırır. 

 

5. Dəriniz gündəlik nəmləndirin: Yağlı dərini gündəlik nəmləndirmək məntiqsiz görünsə də, məsamə genişliyini azaltmağa kömək edir. Çünki nəmləndirici kremlər dəriyə lazımi suyu verir və onu yumşaldır.  Bu, dəridəki yağın məsamələrdə çökməsinin qarşısını alır.

 

DermatoloqDr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ

Şərhlər