Whatsapp Instagram Youtube

Bloq - Saç tökülməsi, Səbəbləri, Müalicəsi / Dermatoloq Dr Mehdi

Saç tökülməsi, Səbəbləri, Müalicəsi / Dermatoloq Dr Mehdi

Saç tökülməsi, Səbəbləri, Müalicəsi / Dermatoloq Dr Mehdi

ss

Saç tökülməsi nədir?

Sağlam saç dərisində orta hesabla 100 min tük olur, yuyulma və daranmadan asılı olaraq gündə 100-150 tük tökülməsi normal sayılır.  Saç tökülməsi hormonal və qidalanma faktorları, kimyəvi maddələrə məruz qalma, genetik meyl, sistem xəstəlikləri, saç böyüməsi pozğunluqları, dərmanlar, psixoloji stress və saç dərisi xəstəlikləri səbəbindən baş verə bilər.  

 

Hər bir saçın ömrü təxminən üçə bölünür

 

1. Anagen faza (böyümə mərhələsi) - ən uzun mərhələdir, orta hesabla 2-6 il davam edir. Bu mərhələdə saçlar ayda orta hesabla  1sm uzanır. 

2. Katagen faza - Orta hesabla 2-4 həftə davam edir.  

3. Telogen faza - saçlar 2-4 ay ərzində saç kökü ilə əlaqəni itirir və tökülür. 

Bu döngü ömür boyu davam edir. Saçların 85-90%-i böyümə, 1-2%-i istirahət, 10-15%-i isə tökülmə mərhələsindədir. Bu mərhələləri bilmək saç tökülməsində müalicənin niyə uzun sürdüyünü anlamaq baxımından da əhəmiyyətlidir.

 

Saç tökülməsinə səbəb nədir?

1. Genetik faktorlar

Kişilərdə və qadınlarda saç tökülməsinin səbəbləri fərqlidir.  Kişilərdə görülən saç tökülməsi, ümumiyyətlə, kişi tipli hormonlara həssas saç tökülməsidir ki, bu da genetikdir və əhalinin 50%-dən çoxunda görülür.  Bu tip saç tökülməsi xroniki olur.

Genetik əsasda androgenlərin təsiri nəticəsində baş verən saç tökülməsinə “Androgenetik saç tökülməsi” deyilir.  Kişilərin təxminən yarısında və qadınların 20-25% -ində görülür. Xəstələr zaman-zaman saç tökülməsinin şiddətli olduğunu desələr də, bu, telogen saç tökülməsindən fərqli olaraq, illər ərazində davam edir.  Bəzən xəstələr saçlarının tökülməsindən daha çox incəldiyini görürlər.  Əsasən təpə hissədə saçların seyreldiyi müşahidə edilir.

Yaş irəlilədikcə keçəllik yaranır və nəticədə saç əkilməsi tələb oluna bilər.  Erkən yaşlarda başlayan əlavə müalicələr, mezoterapiya və PRP müalicəsi tökülmə sürətini ləngidir. Keçəlliyə getmə müddətini uzadır.

Bu cür tökülmə qadınlarda da müşahidə olunur.  Xüsusilə ailə üzvlərindən birində keçəllik problemi olan insanlarda saç tökülmə riski var.  Bu vəziyyətin əvvəlki illərə nisbətən daha çox olmasının səbəbləri həddindən artıq stress, balanssız qidalanma, uzun müddət aclıq və hormonal problemlərdir.

 

2. Dəri problemləri

Ekzema, sızanaq, liken xəstəliyi, həddindən artıq yağlı dəri, göbələk kimi xəstəliklər saç tökülməsinə səbəb ola bilər.

 

3. Yanlış yemək vərdişləri

Qidalanma ilə əlaqədar saç tökülməsi çox rast gəlinən səbəblərdəndur. Saçın qidalanması və qanla təmin edilməsi lazımdır.  Müntəzəm və balanslı qidalanmamaq, uzun müddət aclıq, pəhrizlər, yüksək karbohidratlı qidalardan istifadə saç tökülməsinə səbəb ola bilər. 

 

4. Vitamin və mineral çatışmazlığı

Qidalanma problemi olmasa da, saç üçün lazım olan vitamin və mineralların qanda olmaması saç tökülməsinin başqa bir səbəbidir.  B12, vitamin D, fol turşusu, biotin, sink, dəmir kimi vitamin və minerallar azdırsa, saçlar qidalana bilmir və tökülür.  

 

5. Hormonal problemlər

Əgər hormonal problemlər - menstruasiya gecikməsi və ya nizamsızlıqları varsa, bədəndə tüklənmə, həddindən artıq sızanaqlar, sürətlənmiş çəki artımı, bu simptomlara saç tökülməsi əlavə ediərsə mütləq şəkildə hormonlar yoxlanılmalıdır.  

 

6. Bəzi daxili xəstəliklər və dərman istifadəsi

Bəzi daxili xəstəliklər -  Qalxanabənzər vəz xəstəlikləri və ya bu xəstəliklər üçün istifadə edilən dərmanlar, revmatik xəstəliklər, istifadə edilən hormonlar, arıqlama həbləri, böyrəküstü vəzi xəstəlikləri, insulin rezistenliyi, diabet, doğum nəzarət həbləri və bəzən bu nəzarət həblərinin kəsilməsi saç tökülməsinin digər səbəbləridir. Bu vəziyyət mütəxəssis həkimlər tərəfindən müayinələrlə hərtərəfli araşdırılmalıdır.

Hipotiroidizmdə, yəni qalxanabənzər vəzinin qeyri aktiv vəziyyətdə olması zamanı geniş yayılmış saç tökülməsi və ya bədən tüklərinin tökülməsi müşahidə edilə bilər.  Qalxanabənzər vəzi hormonu müalicəsindən sonra saçlar orta hesabla 8 həftə içində normal vəziyyətinə qayıtmağa başlayır.  Uzun müddət davam edən hipotiroidizmdə qalıcı kök itkisi inkişaf edir və qalxanabənzər vəzinin çox işləməsi, başqa sözlə hipertiroidizm saç tökülməsinə səbəb ola bilər.

 

7. Doğuş və kimyaterapiya ilə əlaqəli saç tökülməsi 

*Bütün bunlardan başqa saç tökülməsinin iki xüsusi səbəbi vardır:

Biri doğuşdan 2-3 ay sonra başlayan doğuş sonrası tökülmədir.  Hamiləlik zamanı tökülməli, lakin tökülməmiş saçların anidən tökülməsi nəticəsində yaranır. Digəri də kimyaterapiya alan xəstələrdə saç tökülməsidir.  Son illərdə daha müasir dərmanların istifadəsi ilə bu tökülmələrə daha az rast gəlinir, müalicə tamamlandıqda özbaşına sağalmağa meylli bir vəziyyətdir.

 

8. Stress və depressiya

Həddindən artıq stress hər hansı bir xəstəlik kimi saç tökülməsinin başqa bir səbəbidir. Depressiya, narahatlıq, psixoz və onların müalicəsində istifadə olunan dərmanlar saçlara təsir edərək tökülməsinə səbəb ola bilər.

 

9. Alopecia Areata (ocaqlı dazlıq)

Alopesia areata - tez-tez müşahidə olunan bir xəstəlikdir, birdən-birə meydana çıxır, müxtəlif diametrli bir və ya bir neçə dairəvi, tamamilə keçəlləşən nahiyələrlə xarakterizə olunur.  Yalnız saçda deyil, saqqal bölgəsində də görünə bilər.  Adətən müalicə ilə geriləyir.  Tökülmələr zamanı dermatoloqa müraciət etmək, müayinədən keçmək, lazımi analizləri etmək və müalicə etdirmək çox vacibdir.

 

Saç tökülməsinin müalicəsi necədir?

İlk növbədə saç tökülməsinin səbəblərini və saç tökülməsinin növünü öyrənmək lazımdır.  Dermatoloqun müayinəsi ilə saç tökülməsinə səbəb olan faktorlar müəyyən edilir və uyğun müalicə planlanır.  Saç tökülməsi ilə üzləşən insanlar saç və baş dərisinə zərər verə biləcək saç baxım məhsullarından uzaq durmalıdırlar.  Proteinlə zəngin pəhrizə keçmək xüsusilə vacibdir.  Əgər tökülmə vitamin çatışmazlığı səbəbindən baş veribsə, vitamin çatışmazlığı bərpa edilməlidir.

 

Saç tökülməsinin qarşısını almaq üçün bir çox fərqli müalicə üsulları var.  Bunlar belədir:

 

Dərman müalicəsi 

Saç tökülməsinin qarşısını alan və mövcud saçları qalınlaşdıran FDA tərəfindən təsdiqlənmiş dərmanlar həkim nəzarəti altında istifadə edilə bilər. Yeni başlayan yüngül və orta dərəcədə saç tökülməsinin qarşısını almaq üçün saçların incəldiyi və zəiflədiyi bölgələrdə dərmanlar faydalı ola bilər.  Dərmanların təsiri - saç sayını artırmaq, seyrelmiş saçları qalınlaşdırmaq və daha da tökülməsinin qarşısını almaq şəklindədir.

 

Saç mezoterapiyası

Saç mezoterapiyası saç tökülməsində olduqca tez-tez istifadə edilən təsirli bir müalicə üsuludur.  Saç mezoterapiyası saçın sağlam böyüməsi və inkişafı üçün zəruri olan vitaminlərin, antioksidantların, mineralların və qan dövranını tənzimləyən maddələrin mikro iynələrlə birbaşa baş dərisinə yeridilməsi prosesini əhatə edir. 

Saç mezoterapiyası hər il müalicə vasitəsi kimi tətbiq oluna bilər.  Bəzən aylıq dəstək gücləndirmə şəklində davam etdirilə bilər.  Bu sayədə saç tökülməsi dayanır və daha güclü yeni saçlar əmələ gəlir. Saç mezoterapiyasının ilk seansından etibarən fərq hiss oluna bilər və saçlar əvvəlki canlı və parlaq görünüşünü bərpa edə bilir.

 

PRP Saç Müalicəsi

Saç tökülməsi problemi olan insanların ən yaxşı nəticə aldığı üsul olan PRP proseduru zamanı xəstənin öz qanı alınaraq sentrifuqadan keçirildikdən sonra trombositlərlə zənginləşdirilmiş plazma saç dərisinə yeridilir. 

 

Saç əkimi

Saç əkimi xüsusilə kişi tipi saç tökülməsi olan insanlara tətbiq oluna bilər.    Saç əkilməsi bu xəstələr üçün ən qəti və qalıcı müalicədir.

 

Sağlam saçlar üçün nələrə diqqət edilməlidir?

Saç tökülməsinin qarşısını almaq, saçların sağlam uzanmasını və canlılığını təmin etmək üçün rutin vərdişlərdə bəzi düzəlişlər etmək lazımdır.  Bunları belə sıralamaq olar:

 

Şüursuz pəhrizlərdən uzaq durmalısınız.

Pəhriz saxlamaq istəyirsinizsə, bunu həkim nəzarəti altında etməlisiniz.  Karbohidratlarla zəngin bir pəhrizdən qaçınmalısınız.  Proteinlə zəngin bir pəhrizə diqqət yetirməlisiniz.  

 

Yuxu saatlarınıza diqqət yetirməlisiniz.

Saç tökülməsinin qarşısını almaq üçün müntəzəm yuxu çox vacibdir.

 

Stressdən uzaq durmalısınız.Vitamin çatışmazlığını bərpa etməlisiniz.

Tərkibində sink, B12, mis, biotin, fol turşusu olan qidalardan istifadə etməlisiniz.

 

Siqaret və alkoqoldan istifadəni vərdiş halına gətirməməlisiniz.

Mümkünsə, hər ikisindən uzaq durmalısınız. Müntəzəm olaraq antioksidant qidalar (tərəvəz və meyvələr) tükətməlisiniz. Fast food tərzi yemək vərdişlərindən uzaq durmalısınız.

 

*Saç sağlamlığınız üçün tövsiyə olunan dərmanları mütəxəssis nəzarəti olmadan istifadə etməməlisiniz.

 

Gündə 100-150 saç telinin itirilməsi normal hesab olunur.  Həddindən artıq saç tökülməsi və saçda görünən incəlmə baş verərsə, mümkün qədər tez bir zamanda mütəxəssis dermatoloqa müraciət etməlisiniz.

Şərhlər