Whatsapp Instagram Youtube

Bloq - Dermatoloq Mesleheti / Sizanaq müalicəsi - #dermatoloq

Dermatoloq Mesleheti / Sizanaq müalicəsi - #dermatoloq

Dermatoloq Mesleheti / Sizanaq müalicəsi - #dermatoloq

ss

Akneləri müalicə etmək akne izlərini müalicə etməkdən hər zaman daha asandır. Buna görə də zamanında dermatoloqa müraciət etmək lazımdır,  gecikdirilmiş akne müalicəsində iz qalma ehtimalı çox yüksəkdir.  Akne izlərinin müxtəlif növləri vardır: 

1) Akne ləkələri - post inflamatuar eritrema (PİE) və post inflamatuar hiperpiqmentasiya (PİH) şəklində ola bilər.

2) Skarlar (çapıqlar) - atrofik və hipertrofik ola bilər.

PİE - akne səpkiləri sağaldıqdaqan sonra yerində qalan  qırmızı ləkələrdir. 1 aydan 3 aya qədər özlüyündən sağala bilər.  Bu mərhələdə sağalmanı sürətləndirmək üçün salisilik asid, sink, propolis və s. tərkibli müxtəlif krem və losyonlardan istifadə edilir. 

PİH - akne izlərinin yerində qalan tünd rəngli ləkələrdir. Tünd dəriyə malik olan insanlarda daha çox rast gəlinir. Zaman içində sağala bilər. Günəş qoruyucu kremlərdən istifadə etməklə ləkələrin artmasının qarşısını ala bilərik. 

Skarların müalicəsi üçün mikroiynələmə prosedurları ilk seçimlərdəndir. Lazer proseduraları dəri tipi nəzərə alınmaqla seçilir. Fraksional ablativ (dəri soyan) lazerlər: CO2 karbondioksid lazer və ER: Yag lazer, həmçinin non ablativ (dəri soymadan, kollagen sintezini artıran)  lazerlər: Er: glass və Nd Yag lazer növlərindən çapıqların müalicəsində Salutem dermatoloji klinikasında müvəffəqiyyətlə stifadə edilir. Həmçinin müxtəlif müalicə metodları kombinə edilmiş şəkildə istifadə oluna bilər.

 

Dermatoloq  Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər