Dermatoloq həkimlər
Dermatoloq həkimlər xalqın sağlamlığı üçün çalışan tibb mütəxəssisləridir. Dəri xəstəlikləri bəzən sadə görünür, amma düzgün yanaşılmadıqda insanın həyat keyfiyyətini ciddi şəkildə poza bilir. Bizim insanımız sağlam, güclü və özünə güvənən olmalıdır. Bunun üçün də dəri problemlərinə laqeyd yanaşmaq olmaz.
Dəri insan bədəninin örtük hissədir. O, bizi xarici mühitdən qoruyur. Günəşdən, soyuqdan, infeksiyadan, kimyəvi təsirlərdən və mikroblardan müdafiə edir. Ona görə də dəridə yaranan hər səpki, ləkə, qaşınma və ya yara sadə kosmetik problem kimi qəbul edilməməlidir.
Dermatoloq həkimlər kimdir?
Dermatoloq həkimlər dəri, saç, dırnaq və selikli qişa xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olan ixtisaslı həkimlərdir. Onların işi yalnız sızanaq və ya ləkə müalicəsi ilə bitmir. Dermatologiya geniş sahədir. Buraya allergik dəri xəstəlikləri, infeksiyalar, göbələk xəstəlikləri, saç tökülməsi, dırnaq problemləri, xallar, ziyillər və dəri törəmələri daxildir.
Dermatoloq həkimlər nə ilə məşğul olur?
Dermatoloq həkimlər çox geniş problemləri müayinə və müalicə edir. Ən çox müraciət olunan hallar bunlardır:
sızanaq və akne
ekzema və dermatit
psoriaz
ziyil və HPV mənşəli törəmələr
dəri ləkələri
saç tökülməsi
göbələk xəstəlikləri
xallar və dəri törəmələri
allergik səpkilər
çapıqlar və sızanaq izləri
Bu problemlərin hər biri fərqli yanaşma tələb edir. Məsələn, sızanaqla rozaseanı qarışdırmaq olmaz. Ekzemanı göbələklə qarışdırmaq olmaz. Xalı adi ləkə kimi yandırmaq olmaz. Dermatoloq həkimin əsas gücü də məhz bu fərqləri düzgün ayırd etməsidir.
Niyə dermatoloqa vaxtında müraciət etmək lazımdır?
Bizim insanlarda bəzən belə vərdiş var: problem böyüyənə qədər gözləmək. Qaşınma başlayır, “keçər” deyirik. Sızanaq artır, aptekdən təsadüfi krem alırıq. Xal dəyişir, fikir vermirik. Bu yanaşma düzgün deyil.
Dəri xəstəliklərində vaxt çox önəmlidir. Gecikmiş halda həm müalicə uzanır, həm də iz, ləkə və çapıq riski artır. Xüsusilə xallar, sürətlə böyüyən törəmələr, qanayan və qaşınan sahələr mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir.
Həkim olaraq mən bunu qısa deyirəm: dəridə dəyişiklik varsa, gözləmək yox, yoxlatdırmaq lazımdır.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk siz yazın!
Şərh yaz