Dermatoloq Həkim | Dermatoloq Mehdi Mahmudi
ssDermatologiya dəri xəstəlikləri və onların müalicəsi ilə məşğul olan tibbi bir elmdir. Bu elm sahəsində insan orqanizmi üçün son dərəcə əhəmiyyətli həyati orqan olan dərinin hər cür xəstəlikləri müayinə və müalicə olunur.
Dermatologiya dəridən başqa dəri əlavələrinin (saç, dırnaq, tər vəziləri), ağız boşluğu kimi selikli qişaların və cinsi yolla keçən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur.
Dərinin ümumi quruluşu, funksiyaları, dərinin bütövlüyünün və sağlamlığının qorunması, dərinin allergik xəstəlikləri, cinsi yolla keçən xəstəliklər, dərinin infeksion xəstəlikləri, saç və dırnaq xəstəlikləri, dərinin şiş xəstəlikləri, bəzi metabolik-sistem xəstəliklərinin dəri simptomları üzrə ixtisaslaşmış həkim dermatoveneroloqlar qazandıqları bilik və bacarıqlarla xalqın sağlamlığı üçün xidmət edirlər.
Dermatoloqların müalicə etdiyi əsas xəstəliklər bunlardır:
Akne vulgaris (sızanaqlar
Pruritus (qaşınma)
Parazitar dəri xəstəlikləri (bit, qoturluq və s.)
Göbələk xəstəlikləri (dırnaqlar, ayaqlar, əllər, gövdə, cinsiyyət nahiyəsi, baş dərisinin göbələyi)
Ekzema (kontakt dermatit, atopik dermatit və s.)
Psoriaz (pullu dəmrov), liken planus, pitriasis roza (çəhrayı dəmrov) və buna bənzər dermatozlar
Saç xəstəlikləri (kəpək, saçlı dərinin seboreyası, saç tökülməsi və s.)
Dırnaq xəstəlikləri (göbələk, dırnaq batması və s.)
Bulloz xəstəliklər (pemfiqus və s.)
Dərinin xoş və bədxassəli şişləri
Birləşdirici toxuma xəstəlikləri
Piqmentasiya pozğunluqları (günəş ləkələri, vitiligo) , çillər və s.)
İnfeksion/yoluxucu dəri xəstəlikləri (skarlatina, məxmərək, suçiçəyi, herpes zooster və s.)
Allergik dəri xəstəlikləri (həşərat sancması, qida allergiyası, dərman allergiyası və s.)
Cinsi yolla keçən xəstəliklər (ziyillər, herpes, sifilis və s.) Günəş allergiyası
Hiperhidroz (həddindən artıq tərləmə)
Döyənəklər (mazol) və ziyillər
Xallar
Damar mənşəli dəri xəstəlikləri
Dırnaq xəstəlikləri
Dodaq, dil və ağız xəstəlikləri (aft, herpes və ağız içində yaranan digər xəstəliklər)
Qidalanma və maddələr mübadiləsi pozğunluqları nəticəsində yaranan dəri xəstəlikləri
Psixoloji səbəblərdən yaranan dəri xəstəlikləri
Sistem xəstəlikləri zamanı yaranan dəri simptomları
Genetik səbəblərdən yaranan dəri xəstəlikləri
Fiziki amillərin təsiri nəticəsində yaranan xəstəliklər (istiyə və ya soyuğa yaranan reaksiyalar və s.)
Dermatokosmetik prosedurlar:
Botox proseduru: Qırışların, həmçinin ovuc içi, ayaq altı və qolaltı tərləmə müalicəsində istifadə olunur.
PRP müalicəsi: İncə qırışların, ləkələrin, çapıqların və dəri çatlarının müalicəsində istifadə olunur.
Kimyəvi Pilinqlər: Dəridə yaranan arzuolunmaz ləkələri aradan qaldırmaq, dərini canlandırmaq üçün dəriyə tətbiq olunan müxtəlif tərkibli kokteylləri əhatə edir, sızanaq izlərini aradan qaldırır və dərinin görünüşünü yaxşılaşdırır.
Dolğu prosedurları: Estetik məqsədlə tətbiq edilən dolğu, dəridəki incə və dərin qırışların aradan qaldırılması, dəridəki həcm itkisinin və çuxurların yox edilməsi məqsədiylə dəri altına tətbiq olunan xüsusi inyeksiya müalicəsidir.
Mezoterapiya: Dəri çatları, selülit problemləri, günəş ləkələri, saç tökülməsi kimi bir çox xəstəliyin müalicəsində istifadə edilən
Lazer müalicələri: Lazerlər (fraksional lazer, ND yag lazer, erbium lazer, Q-Switch lazer və s.) dərinin cavanlaşdırılması və qırışların qarşısının alınması, sızanaqların, çapıqların, cərrahi çapıqların azaldılması, üz qızartılarının aradan qaldırılması, tatuajın silinməsi, anadangəlmə ləkələrin aradan qaldırılması məqsədilə istifadə edilir.
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər