Aktinik keratoz nədir? Aktinik keratoz xərçəngə çevrilə bilərmi?
ssAktinik keratoz ən çox günəşə məruz qalan bölgələrdə görünən dəridə anormal hüceyrə inkişafını əks etdirən dəri törəməsidir.
Onlar adətən kobud səthi olan yamaqlar kimi görünürlər. Aktinik keratozların dəri xərçənginə çevrilmə riski vardır. Aktinik keratoz xərçəngönü prosesdir.
Aktinik keratoz hansı nahiyədə daha çox rast gəlinir?
Xüsusilə günəşə məruz qalan nahiyələrdə - üz, qulaqlar, əllər, qollar, ayaqlar, saç tökülməsi olan insanlarda əsasən kişilərdə baş dərisində müşahidə edilir.
Aktinik keratoz dəridə necə təzahür edir?
Heç bir narahatlığa səbəb olmadığı üçün insanların çoxu bundan xəbərsiz ola bilər. Görünüşü kobud səthi olan və zaman-zaman qabıqlanan yamaqlar şəklindədir. Onlar qırmızı-çəhrayı, ət rəngli, rəngsiz ola bilər. Başlanğıcda ləkə kimi görünür. Bəzən görmək çətin ola bilər, ancaq əllə onlara toxunduqda hiss etmək mümkündür. Aktinik keratozlar dodaqlarda olduqda, onlara "aktinik cheilitis" deyilir. Dodaqlarda quruluq, çatlar və qabıqlanmalara səbəb olurlar.
Aktinik keratoz xərçəngə çevrilə bilərmi?
Aktinik Keratoz lezyonları erkən dövrdə müalicə edilməzsə, böyüməyə və dərinləşməyə davam edirlər. Dəri xərçənginə (çox vaxt skuamöz hüceyrəli karsinoma) çevrilərək müalicəsi daha çətin və uzun sürəcək proseslərin yaranmasına səbəb ola bilər.
Aktinik keratoza diaqnoz necə qoyulur?
Dermatoloq əyani müayinə zamanı aktinik keratoza diaqnoz qoyacaqdır. Aktinik keratozun diaqnozu dermoskop adlanan cihazla təsdiqlənir. Dermatoskopik müayinə qeyri-invaziv və ağrısızdır.
Aktinik keratoz necə müalicə olunur?
Aktinik keratoz mütləq şəkildə günəşdən qorunmalıdır. Ən 50 spf günəş kremi istifadə edilməlidir. Günəşdən qorunmağa əlavə olaraq tətbiq edilə bilən digər müalicə variantları bunlardır:
Krioterapiya: Aktinik keratoz elementləri maye azotla dondurulur. Bəzən bir seans kifayət etmir, bir neçə seansa ehtiyac olur.
Küretaj: Küretaj ilə problemli dəri nahiyəsi kənarlaşdırılır, altdan sağlam toxuma gəlir.
Cərrahi müalicə: Aktinik keratozun ölçüsünə və görünüşünə görə tətbiq oluna bilər.
Krem müalicələri: Xəstənin vəziyyətindən asılı olaraq müxtəlif kremlər seçilə bilər. Müalicə müddəti simptomlara əsasən təyin edilir.
Lazer terapiyası: Dərinin üst səthinin lazerlə kənarlaşdırılması nəzərdə tuturlur. Müalicədən sonra həmin nahiyə 1-2 həftəyə sağalır.
Aktinik keratozun qarşısını necə almaq mümkündür?
Günəşdən qorunmaq ilk addımdır. Ən az 50 spf faktorlu günəş qoruyucular ilin bütün fəsillərində istifadə edilməlidir. Günəşdən qoruyucu kremlər, uyğun papaqlar, gün eynəkləri ilə yanaşı günorta saatlarında çölə çıxmamalısınız. Süni günəş işığı verən solaryumlardan uzaq durmaq lazımdır. Dərinizi hər 6 aydan bir özünüz yoxlaya və şübhəli hallarda dermatoloqa müraciət edə bilərsiniz.
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər