Whatsapp Instagram Youtube

Bloq - Akne Vulqaris Haqqında / Sızanaq Müalicəsi / Dermatoloq

Akne Vulqaris Haqqında / Sızanaq Müalicəsi / Dermatoloq

Akne Vulqaris Haqqında / Sızanaq Müalicəsi / Dermatoloq

ss

Akne vulgaris (sızanaqlar) -  piy vəzilərinin fəaliyyətinin pozulması və iltihablaşma ilə əlaqədar dəridə formalaşan səpgilərdir. Dərinin ən çox rast gəlinən problemlərindən biridir. Əsasən 12-18 yaş aralığında olmaqla, bütün yaş qruplarında rast gəlinir. Sızanaqlar əsasən dərinin piy vəziləri ilə zəngin olan hissələrində yaranır.

Sızanaqların yaranması aşağıdakı mərhələlər üzrə gedir:

1) Piy vəzilərinin hipertrofiyası və dəri piyinin normadan artıq ifrazı.

Bu mərhələdə məsamələr genişlənir, dəridə yağlı görüntü nəzərə çarpır. 

2) Follikulyar hiperkeratoz və buynuzlaşma prosesinin pozulması.

Buynuz pulcuqlar, toz və kosmetika qalıqları piy tıxacının əsasını təşkil edir. Onlar başlanğıcda zəif nəzərə çarpsa da, zamanla böyüyərək, dərinin üst qatına çatır. Əgər buynuzlaşma prosesi güclüdürsə, ölü hüceyrələr dəri piyi ilə qarışaraq, məsamələri tıxayır.

3) Piy tıxacında bakteriyaların çoxalması.

Buynuz kütlələrlə məsamələrin tutulması anaerob şərait yaradır. Havasız mühitdə bakteriyalar artmağa başlayır. Beləliklə dəridə iltihablaşma gedir, bakteriyalar çoxalır və yayılır. Nəticədə dəridə açıq və qapalı komedonlar, ağrılı papulalar və pustulalar, ağır hallarda kistalar formalaşır.

Bütün akne növləri mütləq şəkildə müalicə edilməlidir. Akne müalicəsi ortalama 3 ay davam edir. Pasientdən tələb olunan əsas şərt həkim dermatoloqunun dediklərinə əməl etmək və səbirdir. Müalicə xəstəliyin mərhələsi və şiddətinə görə həkim dermatoloq tərəfindən təyin edilir. Müalicədə müxtəlif dərman preparatları - antibiotik və retinoid tərkibli losyon, krem, tabletkalardan və mərkəzimizdə mövcud olan, eyni zamanda uğurla tətbiq edilən müxtəlif lazer prosedurlarından istifadə olunur. 

Dermatoloq  Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər