Menstruasiya (aybaşı) zamanı sızanaqların müalicəsi
ssAybaşı sızanaqları, aybaşı dövründə hormonal dəyişikliklərin (xüsusən progesteron və testosteron artımı) dəridə yağ (sebum) istehsalını artırması nəticəsində yaranır, bu yağ tük follikullarını tıkayır, bakteriya və iltihabla birləşərək sızanaqlara çevrilir. Bunlar adətən çənə, burun, alın və boyun ətrafında, məsamələrin tıxanması, ölü dəri, bakteriya və iltihab kimi amillərlə ortaya çıxır.
Tez-tez verilən suallar:

1. Sızanaqları sıxmaq olar? Xeyr, sıxmaq iltihabı artırır və iz riskini yüksəldir.
2. Menstruasiyadan neçə gün əvvəl sızanaq çıxır? Adətən menstruasiyadan 3–7 gün əvvəl başlayır. Hormon dəyişiklikləri məhz bu mərhələdə güclənir.
3. Stres aybaşı sızanaqlarını çoxaldırmı? Stres hormon sayını çoxaldır və sızanaqları daha ağrıdıcı edə bilər. Yuxusuzluq da sızanaqları artırır.
4. Aybaşı zamanı hamilə qala bilərəmmi? Bəli, sperma bədəndə günlərlə qala bilər və ovulyasiya erkən baş verə bilər, buna görə də hamiləlik mümkündür.
Aybaşı dövründə qidalanma və Sızanaqların Müalicəsi

Sızanaqsız, təmiz dəri istəyirsinizsə, süd məhsulları, şəkərli içkilər, karbohidratlar və yüksək qlisemik indeksli hər hansı bir qidadan çəkinməlisiniz.
Aşağıdakı qeyd etdiyimiz vitaminləri pəhrizinizə əlavə edə edərək period dövründə sızanaqsız dəriniz ola bilər. Qeyd: Vitamin analizi və həkim məsləhəti olmadan qəbul etmək olmaz!
-
Vitamin A
-
Vitamin C
-
Zinc
-
Omega-3s
-
Antioxidants
Bizimlə Əlaqə
Suallarınız və ya rəyləriniz varsa, bizimlə əlaqə saxlayın: