Dermatoloqlar ✔️ Dermatoloq Həkim Mehdi Mahmudi
ssDermatoloq kimdir? Dərini, onun quruluşunu, fəaliyyətini, mühafizəsini, həmçinin dərinin əlavələri olan saç və dırnaqları öyrənən tibb sahəsinə dermatologiya (yunanca “derma” – dəri və “loqos” – öyrətmə sözlərindən) deyilir. . Dermatoloq dərinin, dırnaqların və saçın xəstəliklərinin və patologiyalarının diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur.
Dermatoloq həkim hansı xəstəlikləri müalicə edir?
- Ziyillər və papillomalar
- Saç tökülməsi və keçəlləşmə
- Dərinin rəngində dəyişiklik
- Dərinin qaşınması
- Qara nöqtələr (sızanaqlar)
- Dərinin soyulması
- İncəlmə, dırnaqların dəyişməsi
- Keloid çapıqları
- və başqaları
Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. (müxtəlif infeksiyalar, viruslar, bakteriyalar, ibtidailər, isti və soyuğa, müxtəlif kimyəvi maddələrə və s.)
Dəri qan-damar, limfa və sinir sistemi vasitəsilə bütün orqanizmlə sıx əlaqədardır. Buna görə də müxtəlif üzvlərdə gedən fizioloji və patoloji proseslər dəriyə müəyyən dərəcədə təsir göstərir.Həmin proseslərin bir çoxu isə dərinin iştirakı ilə gedir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər və dəridə müəyyən dəyişikliklərin yaranmasına səbəb ola bilər.
Dərinin virus xəstəlikləri:
- Papillomalar
- Sadə herpes (herpes simplex)
- Kəmərləyici herpes (herpes zoster)
- Kandilomalar
Dərinin allergik xəstəlikləri:
- Atopik dermatit
- Kvinke ödemi
- Məxmərək
- Kontakt dermatitləri
- Ekzema
- Neyrodermatit
Piodermitlər (dərinin irinli xəstəlikləri):
- Stafilakokk piodermitləri
- Follikulit
- Furunkul
- Karbunkul
- Hidradenit
Dərinin parazitar xəstəlikləri:
- Qoturluq
- Bitlilik
Seboreya, akne (sızanaqlar)
Mikozlar
Psoriaz
Vitiliqo
Tük və dırnaq xəstəlikləri və s.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
DermatoloqDr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər