Whatsapp Instagram Youtube

Bloq - Dermatoloq: Ən çox verilən suallar

Dermatoloq: Ən çox verilən suallar

Dermatoloq: Ən çox verilən suallar

ss

  • Saç tökülməsinin səbəbləri və müalicə üsulları hansılardır?

    Saçlar müxtəlif səbəblərdən tökülə bilər. Onlar arasında stress, vitamin çatışmazlığı, hormonal dəyişikliklər, saç dibinin seboreyası və bəzi dərman preparatlarının qəbulu geniş yayılmışdır. Müalicə sxemi saç tökülməsinin səbəbi və ağırlıq dərəcəsi nəzərə alınmaqla tərtib olunur.

  • Dəri quruluğuna qarşı nə etmək olar?

    Quruluğu aradan qaldırmaq məqsədilə dəriyə nəmləndirici krem çəkmək və ildə 2 dəfə biorevitalizasiya prosedurundan keçmək məsləhət görülür.

  • Sızanaq izlərini, yəni çapıqları necə yox etmək olar?

    Bu problem dərinin lazerlə cilalanması, mikronidlinq, müxtəlif növ pilinq və separasiya üsulları ilə aradan qaldırılır.

  • Sızanaqlar necə müalicə olunur?

    Sızanaqların yaranma səbəbləri və ağırlıq dərəcəsindən asılı olaraq, xarici (yerli) və daxili terapiya aparılır. Müalicə prosesində antibiotiklər, retinoidlər, oral kontraseptivlər və digər vasitələrdən istifadə edilir.

  • Akne hansı yaşda pisdir?

    Akne hər yaşda insanda meydana gələ bilər. 12 və 24 yaş arası insanlar ən çox aknedən əziyyət çəkənlər kateqoriyasındadırlar. Ümumiyyətlə yeniyetməlik yaşlarında başlayır, qızlar oğlanlardan daha çox aknedən təsirlənərlər.

  • Qatıq sızanaq izlərini təmizləyə bilərmi?

    Qatıq dəri tonunun eyniləşməsinə kömək edir.

  • Diş pastası sızanaqları müalicə edirmi?

    Diş pastası dərini qurudur. Sızanağın kiçildiyini görsən belə içərisində olan müxtəlif maddələr dəriyə daha pis nəticələr verə bilər.

  • Qadınlarda kürək aknesinə nə səbəb olar?

    Kürək sızanaqlarına ölü dəri və artan yağ təsir edir. Bunun üzərinə gündəlik vərdişləriniz də səbəb ola bilər. Xoşbəxtlikdən gündəlik həyatınızda bir neçə sadə dəyişikliklər etməklə bədən sızanaqlarından qurtula bilərsiniz.

  • Akne müalicə olunmasa nə olar?

    Akne uzun müddət müalicə olunmasa dəridə böyük ölçüdə yara izləri qalar, psixoloji gərginliklər yaranar, özünə güvənmək və özünə hörmət etmə kimi faktorlar ciddi problemlər yaradar.

  • Banan akneyə yaxşı təsir edirmi?

    Bananda olan A vitamini sayəsində dəridəki iltihablı aknelərə kömək edəcəyi düşünülür. Banandakı maddələr həmçinin antimikrobiyallar tərkiblidir.

  • Su içmək akneni dayandırır?

    Su içmək dərinin nəmlənməsinə kömək edər bu da sızanaqların təmizlənməsinə gətirib çıxardır.

  • Yetkinlərdə akne vulqarisə səbəb olan nədir?

    Akne vulqaris olaraq da bilinən sızanaqlar bir çox amildən qaynaqlanır. Dəridə normal bir yağın həddindən artıq istehsalı hormonların təsiri ilə artır. Ölü dəri hüceyrələri tökülmür və qıl köklərini bağlayır

  • Üzümdəki irinli akneləri necə təmizləyim?

    Üzünüzü ilıq su ilə və sadə sabunla yuyun. Gündə 2 dəfə təkrarlayın. Çox ovuşdurmayın. Gün ərzində üzünüzə toxunmayın. Saçlarınızı mütəmadiyyən yuyun və üzünüzlə təmas etməsindən çəkinin.

  • Akne necə görünür?

    Yumru ətrafı qırmızı olan ağ bir başı xatırladırlar. Ağ və sarı irinlə dolu olur. Sızanaqları sıxmaqdan çəkinin. Sıxmaq, dəridə çapıqların və qara ləkələrin qalmasına gətirib çıxarır.

  • Akne hansı yaşda dayanır?

    Sızanaqlar qızlarda ən çox 14 ilə 17 yaş aralığında, oğlanlarda isə 16 ilə 19 yaş aralığında görülür. Əksər insanlarda sızanaqlardan qurtulma dönəmində bir sıra sızanaq problemi yaşamaqlarına baxmayaraq bir müddət sonra sönür. 20 yaşlarına çatdıqda isə sızanaq problemi olmur. Bəzi insanlarda sızanaqlar yetkinlik yaşlarına qədər davam edə bilər.

  • Akne vulqarisə hansı bakteriya səbəb olur?

    Akne xəstəliyində ən çox göstərilən bakteriya propionibacterium olsa da , akne vulgarisə ən çox Staphylococcous aureus səbəb olur.

  • Akne sağlamlığın pis olmasının əlamətidir?

    Bir çox insanın akne səbəbkarı tıxanmış məsamələr və hormonal problemlər olur. Müəyyən bölgələrdə yaranan sızanaqlar əslində sağlamlıq problemlərini göstərir. Lakin xəritələnmiş bəzi ərazilərdə yaranmış sızanaqlar daxili xəstəlikləri təyin etmək üçün alternativ bir tibbi praktikadır.

  • Akne vulgaris müalicə edilə bilərmi?

    Ağır halda olan akne vulgar və rosacea aknelər çətin müalicə olunsa da müalicə etmək mümkündür. Dermotoloqunuzun köməyi ilə yüngül aknelər uyğun şəkildə idarə oluna və azaldıla bilər.

  • Aknenin yaranmasının qarşısını necə ala bilərəm?

    Özünüzü günəşdən qoruyun. Bir çox akne dərmanları günəşə olan həssaslaşmağınızı artlracaq və bu da günəş ləkələrinin yaranmasına səbəb olacaq. Sızanaq yaralarına toxunmayın. İdmanla məşğul olmaq stressi minimuma endirmək üçün yaxşı yoldur. Sızanaqları çoxaldan qidalardan uzaq durun.

  • Akne vulgaris nə qədər müddət davam edir?

    Müalicə olunmayan sızanaqlar öz-özünə təxminən 4-5 ilə qədər davam edir. Bu təxmini çox yeniyetmələrin aldığı nəticədir. Akne vulgaris bəzən özlüyündən yox olud bəzən isə kremlərlə yaxşı nəticə verə bilər.

  • Masturbasiya aknenin yaranmasına səbəb olur?

    Masturbasiya akneyə səbəb olmur. Əslində masturbasiyanın fiziki və zehni yorğunluğu aradan qaldırması kimi müsbət faydaları vardır. Bədən yeniyetmə yaşlarında bir çox dəyişimə məruz qalır. Masturbasiya etmədiyinizdə aknelərinizin azalması sadəcə bir təsadüfdür.

  • Hansı qidalar akneyə səbəb olur?

    Qida rasionunuzu ağ çörək, düyü, soda, tort və şəkərli içkilərlə doludursa, sızanaq yaranma ehtimalı daha çoxdur. Bu yeməklərdə olan şəkər və karbohidratlar qana tez daxil olur. Bu qidaların qandakı şəkərlərin necə təsir altına düşdüklərinin ölçüsü olan qlisemik indekstdə yüksək olduqları görülür.

  • Aknenin görüntüsü necə olur?

    Aknelər qeyri-iltihablı, iltihablı, açıq və ya qapalı düyünlər ilə xarakterizə olunur. Akne vulqarisi , yağlı folliküllərin ən sıx populyasiyası olan dəri sahələrinə təsir edir : Bu hissələrə üz, arxa və sinə daxildir.

  • Akne vulgarisə səbəb olan nədir?

    Akneyə 4 əsas faktor səbəb olur : 1.Həddindən artıq yağ ifrazı. 2. Saç köklərinin yağlanması 3. Ölü dəri hüceyrəsi tərəfindən tıxanıqlıq. 4. Bakteriyalar.

  • Akne və akne vulgaris arasındakı fərq nədir?

    Ləkələri olan çox insan onlara Akne vulgaris deyir . Vulgar sözü " ortaq" olaraq istifadə olunan tibbi termindir. Az yayılmış akne tiplərini ayırd etmək üçün verilən addır. Bundan əlavə akneyə " sızanaq", "ləkələr " deyə də bilərsiniz.

  • Akne üçün ən yaxşı müalicə metodu nədir?

    Yüngül akne vulgaris üçün birinci addım müalicə metodu ; benzoil peroksit və ya topikal retinoid , antibiotiklər daxil olmaqla topikal dərmanların kombinasiyasıdır. Tetrasklinlər istifadə olunan ən yaxşı oral antibiotikdir və doksisklin və minosiklinin tetrasklindən daha çox fayda verdiyi müşahidə olunub.

Şərhlər