Dermatologiya da Ən çox müraciət olunan xəstəliklər \ Dr. Mehdi Mahmudi
ssDermatoloji xəstəliklər olaraq bir çox xəstəliklərin adını çəkəbilərik amma ən çox müraciət əsasən Sızanaq (Akne Vulgaris), Çapıq müalicəsi, Xal və Ziyil müalicəsi, Ksantalesma, Lazer prosedurları’nı deyəbilərəm.
Pasiyentlər bizə müraciət etdikdən sonra ilkin olaraq müayinə həyata keçiririk, daha sonra 3 aylıq müalicə kursuna başlayırıq. 3 aylıq müalicə kursunda səpgilərdən əlavə dərinin zahiri görünüşüdə xeyli yaxşılaşır. Səpgili olmayan dərilərdə də eyni prosedurları dəriyə qulluq kimi istifadə edirik. Xəstəlik ağır formada olanda, müalicəyə tez başlamaq çapıqların yaranmasına imkan vermir. Lakin müalicəni gecikdirmək bir çox uşaqlarda dəridə çapıqların yaranmasına səbəb olur. Pasiyentlərimiz müalicə seanslarını bitirəndə üzlərində gülüş yaranmış olur. Əsas diqqət yetirdiyimiz nüanslardan biri pasiyentimizin sağlığına qovuşmasıdır.
- Post Akne Çapıqlar və izlər üçün kompleks müalicə metodları daha efektlidir. Çapıqların müalicəsində bir neçə üsuldan istifadə edirik. Məsələn: Combinations Therapy? Erbium & CO2 Fractional lasers, TCA Cross peel, PRP injection kimi müalicə üsulları pasiyentlərimizdə yaxşı nəticələr əldə etməyimizə kömək olur.
- Xal müalicəsində vacib olan düzgün diaqnozdur. Əvvəlcə pasiyentimizi dermatoskop ilə müayinə edib, diaqnozu dəqiqləşdiririk və daha sonra lazımi proseduru həyata keçiririk. Xal götürülmə prosedurunda vəziyyətdən aslı olaraq cərrahi və ya lazer ilə xalın götürülməsini həyata keçirəbilərik
- Ksantalesma Müalicəsində, CO2 lazer vasitəsi ilə gözqapağında yerləşən artıq yağları tam tizləmək lazımdır. Əlavə qanda lipid profilini yoxlamaq və lazım olan hallarda müalicə başlanmalıdır. Dəridə bir həftədə sağalma baş verir və iz qalmır. Müalicə gecikdikcə Ksantalesmanın ölçüsü böyüyür və əməliyyatın zəhməti və xərci artır. İlkin vaxtlar müraciət etmək daha məsləhətdir.
- Ziyillər, insan papilloma virusları (HPV) olaraq bilinən müəyyən bir virus qrupundan qaynaqlanan xoşxassəli dəri meydana gəlmələridir. Ziyillər ən çox əllərdə, ayaqlarda və üzdə olur. Genital bölgələrdə də ola bilər. Xüsusilə uşaqlarda və yeniyetmələrdə daha çox görülür Papilomaların müalicəsini gecikdirmək olmaz, xususi ilə “genital “ bölgədə olanlar da ailəlilər və yaxında ailə həyatı başlamaq istəyənlərə diqqətli olmalarını məsləhət edirik.
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər