Whatsapp Instagram Youtube

Bloq - Deri-Zöhrevi Hekimi | Dermatoloji Klinika

Deri-Zöhrevi Hekimi | Dermatoloji Klinika

Deri-Zöhrevi Hekimi | Dermatoloji Klinika

ss

Dermatoloq | Deri-Zöhrevi Hekimi | Dəri və onun xəstəlikləri barəsində məlumat

 

Dermatologiya - dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin əmələ gəlmə səbəblərini, xəstəliklərin inkişaf mexanizmini , müalicə və profilaktikasını öyrənir. (yunanca derma- dəri, logos-öyrənmək).

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. (müxtəlif infeksiyalar, viruslar, bakteriyalar, ibtidailər, isti və soyuğa, müxtəlif kimyəvi maddələrə və s.)

Dəri qan-damar, limfa və sinir sistemi vasitəsilə bütün orqanizmlə sıx əlaqədardır. Buna görə də müxtəlif üzvlərdə gedən fizioloji və patoloji proseslər dəriyə müəyyən dərəcədə təsir göstərir.Həmin proseslərin bir çoxu isə dərinin iştirakı ilə gedir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər və dəridə müəyyən dəyişikliklərin yaranmasına səbəb ola bilər.

Diaqnoz Tibb Mərkəzində bütün dəri xəstəliklərinin müayinə və müalicəsi təcrübəli həkim dermatoloqlar tərəfindən müasir tibbin tələblərinə uyğun şəkildə uğurla aparılır:

Dərinin virus xəstəlikləri:

  • Papillomalar
  • Sadə herpes (herpes simplex)
  • Kəmərləyici herpes (herpes zoster)
  • Kandilomalar

Dərinin allergik xəstəlikləri:

  • Atopik dermatit
  • Kvinke ödemi
  • Məxmərək
  • Kontakt dermatitləri
  • Ekzema
  • Neyrodermatit

Piodermitlər (dərinin irinli xəstəlikləri):

  • Stafilakokk piodermitləri
  • Follikulit
  • Furunkul
  • Karbunkul
  • Hidradenit

Dərinin parazitar xəstəlikləri:

  • Qoturluq
  • Bitlilik

Seboreya, akne (sızanaqlar)

Mikozlar

Psoriaz

Vitiliqo

Tük və dırnaq xəstəlikləri və s.

  • Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
  • Dermatoloq Kosmetoloq Dr Mehdi Mahmudi

    Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
    Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
    Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
    Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər