Mezoterapiya haqqında - Dermatoloq Mehdi Mahmudi
ssMezoterapiya latınca “mezo-orta” və “terapiya-müalicə” sözlərindən yaranıb, “orta dəri müalicəsi” deməkdir. Çox nazik və qısa iynə ucları ilə dəriyə müxtəlif dərman və vitaminlərin yeridilməsi üsuludur. İnyeksiya sayı xəstəyə, xəstəliyə və inyeksiya ediləcək nahiyənin anatomiyasına görə dəyişir. Mezoterapiya tez-tez estetik məqsədlərlə, dərinin cavanlaşması, ləkələrin müalicəsi, məsamələrin müalicəsi, sallanmanın qarşısının alınması, selülit və regional arıqlama üçün istifadə olunur.
Üz mezoterapiyası
Anti-aging (yaşlanma əleyhinə) özəllikdəki minerallar, vitaminlər və bəzi struktur elementlərin üzümüzə mezoterapiya yolu ilə tətbiqi yaxşı nəticələr verir. Seansların tezliyi individual olsa da, adətən 1-4 həftəlik fasilələrlə 6-7 seans həyata keçirilir. Seansların sayı artdıqca təsir daha çox nəzərə çarpır.
Mezoterapiya təkcə qocalma əleyhinə deyil, həm də ləkələr kimi digər dəri problemləri üçün də faydalıdır.
Saç mezoterapiyası
Qadınlarda və kişilərdə saç tökülməsinin müalicəsində tətbiq oluna bilən çox faydalı bir üsuldur. Xüsusilə kişi tipi saç tökülmələrində və mövsümi saç tökülmələrində seanslarla tətbiq edilir. Bu üsulda çox incə ucu olan mezoterapiya iynəsi ilə vitaminlər, müxtəlif qidalandırıcılar, vitaminlər, elastin, kollagen tətikləyicilər və keratin struktur elementlərindən ibarət kokteyl inyeksiya edilir.
Mezoterapiya haqqında sizləri ən çox maraqlandıran suallar:
Bu prosedur hansı sıxlıqla tətbiq olunur?
Həftədə bir dəfə və ya iki həftədən bir tətbiq oluna bilər.
Mezoterapiya seansları nə qədər vaxt aparır?
Saç və dəri mezoterapiyasında problemdən asılı olaraq 6-10 seans tövsiyə edilir. Seanslar orta hesabla 10 dəqiqə davam edir.
Prosedurdan əvvəl nə kimi hazırlıq edilməlidir?
Mezoterapiyadan əvvəl tətbiq nahiyəsi təmizlənməli və makiyaj edilməməlidir. Ağrını azaltmaq üçün prosedurdan əvvəl keyidici kremlərdən istifadə edilir.
Mezoterapiyadan sonra nələrə diqqət edilməlidir?
İnfeksiyaların qarşısını almaq üçün mezoterapiyanın tətbiq olunduğu nahiyələrə tətbiq olunduqdan sonra 12 saat ərzində toxunulmamalı, masaj olunmamalı, makiyaj edilməməlidir.
Yan təsirləri hansılardır?
Mütəxəssis dermatoloqlar tərəfindən həyata keçirildikdə demək olar ki, yan təsirləri olmayan təhlükəsiz müalicə üsuludur.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər