Bloq

Hormonal Sızanaq: Səbəbləri, Aybaşı Sızanaqları və Müalicəsi

Hormonal Sızanaq: Səbəbləri, Aybaşı Sızanaqları və Müalicəsi

Hormonal Sızanaq nədir?

Hormonal sızanaq hormon balansının pozulması nəticəsində yaranan sızanaqlardır. Ən çox çənə, boyun və alt üz nahiyəsində çıxır. Adətən aybaşı dövrü, hamiləlik və stres ilə əlaqəli olur.

Hormonal sızanaq hansı yaşlarda daha çox olur?

Ən çox yeniyetməlik dövründə və 20–35 yaş arası qadınlarda müşahidə olunur. Xüsusilə menstrual dövr, hamiləlik və menopoz zamanı daha aktiv olur. Kişilərdə isə nisbətən az rast gəlinir.

Hormonal sızanaq müalicəsi üçün evdə nə etmək olar?

Dərinin yağ balansını qorumaq üçün yumşaq təmizləyicilər istifadə olunmalıdır. Şəkərli və yağlı qidalardan uzaq qalın. Stresdən uzaq qalmaq da müalicədə çox vacibdir.

Hormonal sızanaq iz buraxırmı?

Bəli, xüsusilə dərin və sıxılan sızanaqlar iz buraxa bilər. Vaxtında müalicə olunmazsa dəri ləkələri qalıcı olur. Buna görə sızanağı sıxmaq qəti tövsiyə edilmir. Bəs hormonal sızanaq öz-özünə keçə bilər? - Bəzi hallarda hormonlar stabilləşdikcə sızanaq azalır. Amma əksər hallarda müalicə olunmadan tam keçmir. Uzunmüddətli qalarsa iz buraxma riski artır.

Yeniyetməlik yaşlarında hormonal sızanaqlar

Bu dövrdə hormon aktivliyi yüksək olduğu üçün sızanaq normal haldır. Dərini kobud şəkildə təmizləmək sızanağı daha da pisləşdirə bilər.

Doğumdan sonra hormonal sızanaqlar

Doğuşdan sonra hormonlar yenidən kəskin dəyişir və bu hormonal sızanaqlara yol açır. Südvermə dövründə də yediyimiz qidaların təbiiliyinə baxmalıyıq. Qeyd edək ki, çox vaxt hormonlar stabilləşdikcə sızanaqlar öz-özünə azalır.

Qalxanabənzər vəz xəstəlikləri zamanı hormonal sızanaq

Qalxanabənzər vəzi xəstəliyi (tiroid xəstəliyi) boyun önündə yerləşən, metabolizmi tənzimləyən hormonlar (T3, T4, TSH) ifraz edən tiroid vəzinin funksiyası pozulduqda yaranan problemdir. Tiroid hormonlarının azlığı və ya çoxluğu dəridə sızanağa səbəb ola bilər. Əsas müalicə hormon balansının düzəldilməsidir. Dəri problemi yalnız kosmetik vasitələrlə tam həll olunmur. Mütləq həkimə müraciət etməniz lazımdır.

Aybaşı (menstruasiya) zamanı çıxan sızanaqlar

Aybaşı sızanaqları hormonal sızanağın ən çox rast gəlinən formasıdır. Aybaşından əvvəlki günlərdə hormon balansı dəyişir, dəridə yağ (sebum) istehsalı artır, məsamələr tıxanır və iltihab yaranır. Səpgilər adətən çənə, alt üz və boyun nahiyəsində çıxır. Ətraflı: çənədə çıxan sızanaqlar.

  • Nə vaxt çıxır? Adətən aybaşından 3–7 gün əvvəl başlayır və aybaşı bitdikdən sonra azalır.
  • Stres təsir edirmi? Bəli. Stres və yuxusuzluq aybaşı sızanaqlarını daha ağrılı və uzunmüddətli edə bilər. Ətraflı: stres sızanağı necə artırır.
  • Sıxmaq olarmı? Xeyr. Sıxmaq iltihabı artırır və iz qalma riskini yüksəldir.
  • Qidalanma: şəkərli içkilər və yüksək qlisemik indeksli qidalar bəzi insanlarda səpgiləri artıra bilər. Ətraflı: sızanağa səbəb olan qidalar.

Hər ay eyni dövrdə təkrarlanan, ağrılı və ya iz qoyan səpgilərdə dermatoloq müayinəsi lazımdır. Bəzən hormon analizləri və ginekoloq məsləhəti də tövsiyə olunur.

Hormonal sızanaq varsa nə etməliyəm?

Mütləq dermatoloq, kosmetoloq həkimə müraciət etməlisiniz. Sizin “türkə çarə” etdikləriniz əks təsir göstərərsə, sızanaq birdəfəlik qala və iz buraxa bilər.

Hormonal mənşəli sızanaqlarda hormonal sızanaq müalicəsi hormonal amillər qiymətləndirildikdən sonra seçilir.

Elmi mənbələr

  1. American Academy of Dermatology. Adult acne.
  2. NHS. Acne.

Tibbi qeyd: Bu məqalə ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir. Dəqiq diaqnoz və fərdi müalicə planı üçün dermatoloq konsultasiyası tələb olunur. Dərman preparatlarını həkim məsləhəti olmadan istifadə etməyin.
Tibbi baxış: Dr. Mehdi Mahmudi, dermatoloq (dəri həkimi).
AI köməkçiləri Süni intellektlə xülasə edin Məqalənin qısa xülasəsini seçdiyiniz AI köməkçisində açın.

AI cavabları məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir.

Bu problemlə bağlı həkimə müraciət etmək istəyirsiniz?
Dəqiq diaqnoz və müalicə planı üçün müayinə lazımdır. WhatsApp-da yazın və ya zəng edin — sizə uyğun vaxt təyin olunur.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk siz yazın!

Şərh yaz

Şərhlər moderasiyadan keçdikdən sonra yayımlanır. Email gizli saxlanılır.