Hormonal Sızanaq nədir?
ssHormonal Sızanaq nədir?
Hormonal sızanaq hormon balansının pozulması nəticəsində yaranan sızanaqlardır. Ən çox çənə, boyun və alt üz nahiyəsində çıxır. Adətən aybaşı dövrü, hamiləlik və stres ilə əlaqəli olur.
Hormonal sızanaq hansı yaşlarda daha çox olur?
Ən çox yeniyetməlik dövründə və 20–35 yaş arası qadınlarda müşahidə olunur. Xüsusilə menstrual dövr, hamiləlik və menopoz zamanı daha aktiv olur. Kişilərdə isə nisbətən az rast gəlinir.
Hormonal sızanaq müalicəsi üçün evdə nə etmək olar?
Dərinin yağ balansını qorumaq üçün yumşaq təmizləyicilər istifadə olunmalıdır. Şəkərli və yağlı qidaladan UZAQ QALIN. Stresdən uzaq qalmaq da müalicədə çox vacibdir.
Hormonal sızanaq iz buraxırmı?
Bəli, xüsusilə dərin və sıxılan sızanaqlar iz buraxa bilər. Vaxtında müalicə olunmazsa dəri ləkələri qalıcı olur. Buna görə sızanağı sıxmaq qəti tövsiyə edilmir. Bəs hormonal sızanaq öz-özünə keçə bilər? - Bəzi hallarda hormonlar stabilləşdikcə sızanaq azalır. Amma əksər hallarda müalicə olunmadan tam keçmir. Uzunmüddətli qalarsa iz buraxma riski artır.
Yeniyətməlik yaşlarında hormonal sızanaqlar
Bu dövrdə hormon aktivliyi yüksək olduğu üçün sızanaq normal haldır. Dərini kobud şəkildə təmizləmək sızanağı daha da pisləşdirə bilər.
Doğumdan sonra hormonal sızanaqlar
Doğuşdan sonra hormonlar yenidən kəskin dəyişir və bu hormonal sızanaqlara yol açır. Südvermə dövründə də yediyimiz qidaların təbiiliyinə baxmalıyıq. Qeyd edək ki, çox vaxt hormonlar stabilləşdikcə sızanaqlar öz-özünə azalır.
Qalxanabənzər vəz xəstəlikləri zamanı hormonal sızanaq
Qalxanabənzər vəzi xəstəliyi (tiroid xəstəliyi) boyun önündə yerləşən, metabolizmi tənzimləyən hormonlar (T3, T4, TSH) ifraz edən tiroid vəzinin funksiyası pozulduqda yaranan problemdir. Tiroid hormonlarının azlığı və ya çoxluğu dəridə sızanağa səbəb ola bilər. Əsas müalicə hormon balansının düzəldilməsidir. Dəri problemi yalnız kosmetik vasitələrlə tam həll olunmur. Mütləq həkimə müraciət etməniz lazımdır.
Hormonal sızanaq varsa nə etməliyəm?
Mütləq dermatoloq, kosmetoloq həkimə müraciət etməlisiniz. Sizin “türkə çarə” etdikləriniz əks təsir göstərərsə, sızanaq birdəfəlik qala və iz buraxa bilər.
Şərhlər