Whatsapp Instagram Youtube

Bloq - Seboreik keratoz nədir? Seboreik keratoz xərçəngə çevrilə bilərmi?

Seboreik keratoz nədir? Seboreik keratoz xərçəngə çevrilə bilərmi?

Seboreik keratoz nədir? Seboreik keratoz xərçəngə çevrilə bilərmi?

ss

Seboreik keratoz nədir?

İnsan dərisi üçün 3 təbəqədən ibarətdir, epidermis, dermis və subkutis. İnsan dərisinin ən xarici təbəqəsi olan epidermis təbəqəsi keratinositlər adlanan hüceyrələrdən ibarətdir.  Seboreik keratoz keratinositlər adlanan dəri hüceyrələrindən əmələ gələn xoşxassəli (xərçəng olmayan) dəri törəməsidir.  Bu törəmələr mum və ya yağlı bir görünüşə malikdir və qəhvəyi və ya qara rəngdə ola bilər. Dəriyə yapışmış kimi görünürlər. Zamanla törəmələr sərtləşir və qabıqlı görünür.

 

Seboreik keratoz kimlərdə olur?

Seboreik keratozlar cinsdən asılı olmayaraq insanların daha çox üzündə və gövdəsində görünür.  Qarşısını dərini günəşin zərərli UV şüalarından qorumaq üçün günəş qoruyucu kremlərdən istifadə etməklə almaq olar.

 

Seboreik keratoz xərçəngə çevrilə bilərmi?

 Xeyr, seboreik keratoz bədxassəli törəmələrə (xərçəngə) çevrilmir.

 

Seboreik keratozun diaqnozu və müalicə üsulları hansılardır?

 

Seboreik keratoza diaqnoz dermatoloqun əyani baxışı və dermatoskop adlanan cihazla müayinə etməklə qoyulur. Seboreik keratozların müalicəsi estetik səbəblərə görə xəstə tərəfindən tələb oluna bilər. Seboreik keratozun müalicəsində ən çox aşağıdakı üsullardan istifadə olunur:

Kriyoterapiya: Krioterapiya ən təhlükəsiz və ən çox istifadə edilən dermatoloji müdaxilələrdən biridir. Bu üsul problemli nahiyədə maye azotun (-190°C kimi çox soyuq temperaturlara çata bilən qaz) istifadəsini nəzərdə tutur. Bu üsul seboreik keratozları dondurur və onları bir neçə saniyə ərzində tez və təhlükəsiz şəkildə müalicə etməyə imkan verir.

Küretaj: Küretaj dərinin səthindəki zədələnmiş toxumanın çıxarılması prosesidir. Həssas bölgələrdə inkişaf edən böyük və ya xüsusilə nəzərə çarpan lezyonların müalicəsi tələb olunduqda ən çox istifadə edilən cərrahi müalicə üsuludur.  Tətbiq etməzdən əvvəl xəstənin heç bir narahatlıq və ağrı hiss etməməsi üçün nahiyə lokal anesteziya ilə keyidilir.

Lazer: Lazer ən çox istifadə edilən dermatoloji tətbiqlərdən biridir, seboreik keratozlar da daxil olmaqla bir çox dəri problemlərinə qarşı etibarlı şəkildə istifadə edilə bilər. Lazer müalicəsi ilə seboreik keratozdan təsirlənən dəri nahiyəsini heç bir risk olmadan çox dəqiq şəkildə müalicə etmək mümkündür.

 

Dermatoloqunuz bu tətbiqlər arasından ən uyğununu seçəcək və sizin üçün müalicə planı hazırlayacaq.

 

Dermatoloq  Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər