Whatsapp Instagram Youtube

Bloq - Saç transplantasiyası haqqında | Dermatoloq Dr Mehdi

Saç transplantasiyası haqqında | Dermatoloq Dr Mehdi

Saç transplantasiyası haqqında | Dermatoloq Dr Mehdi

ss

Son illərdə androgenetik (kişi tipi) keçəlliyin müalicəsində saç transplantasiyası uğurla tətbiq olunur. FUE üsulu ilə (follikulyar vahidin çıxarılması) kəsiksiz saç əkilməsi üsulunda rahat və problemsiz dövr başlanmışdır. Bu üsulda saç kökləri bir-bir toplanaraq uyğun nahiyəyə köçürülür. 

Saç transplantasiyası aşağıdakı addımlardan ibarətdir:

 

1. Anesteziya: Xəstənin ağrı hiss etməməsi üçün saçların toplanacağı bölgə narkoz edilir. Və ya ağrı həddi çox aşağı olan insanlara sedativ anesteziya tətbiq oluna bilər. 

 

2.Saçların yığılması: Qraft deyilən köklər xüsusi alət vasitəsilə toplanır.

 

3. Kanalların açılması: Kanallar mütəxəssis həkimlər tərəfindən düzgün dərinlikdə, bucaqda və ölçüdə açılır.

 

4. Saç əkimi: Saç əkilməmişdən əvvəl lokal anesteziya tətbiq edilir.  Yığılan greftlər kanallara yerləşdirilir.

 

Hər hansı bir yan təsir varmı?

Ən çox görülən yan təsirlər əməliyyatdan sonra 1-3 gün ərzində ağrı, ödem, qızartı və qabıqlanmadır. Mütəxəssis dermatoloq tərəfindən tətbiq edildikdə əlavə təsirləri demək olar ki, yoxdur. 

 

Əməliyyat müddəti nə qədərdir? 

Əməliyyat greft sahəsindən asılı olaraq orta hesabla 5-7 saat çəkir.

 

Hansı mövsümlərdə tətbiq edilir?

4 mövsüm saç əkimi üçün uyğundur.

 

Reabilitasiya müddəti nə qədərdir? 

Bu müddət orta hesabla 3 gün davam edir. 

 

Qalıcılıq müddəti nə qədərdir? 

Əkilən saçlar ömür boyu qalır.

 

Ağrı hiss edilir mi?

Anesteziya və ya sedasiya ilə tətbiq edildiyi üçün ağrı hiss edilmir. Anesteziyanın təsiri kəsildikdən sonra bir neçə gün yüngül ağrı ola bilər, həkim tövsiyəsi ilə ağrı kəsicilər qəbul edilə bilər.

DermatoloqDr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5

Şərhlər