Whatsapp Instagram Youtube

Bloq - Saç tökülməsi - səbəbləri və müalicəsi | drmehdimahmudi.az

Saç tökülməsi - səbəbləri və müalicəsi | drmehdimahmudi.az

Saç tökülməsi - səbəbləri və müalicəsi | drmehdimahmudi.az

ss

Saç tökülməsi nədir?

Sağlam saç dərisində orta hesabla 100 min tük olur, yuyulma və daranmadan asılı olaraq gündə 100-150 tük tökülməsi normal sayılır.  Saç tökülməsi hormonal və qidalanma faktorları, kimyəvi maddələrə məruz qalma, genetik meyl, sistem xəstəlikləri, saç böyüməsi pozğunluqları, dərmanlar, psixoloji stress və saç dərisi xəstəlikləri səbəbindən baş verə bilər.  

 

Hər bir saçın ömrü təxminən üçə bölünür

 

1. Anagen faza (böyümə mərhələsi) - ən uzun mərhələdir, orta hesabla 2-6 il davam edir. Bu mərhələdə saçlar ayda orta hesabla  1sm uzanır. 

2. Katagen faza - Orta hesabla 2-4 həftə davam edir.  

3. Telogen faza - saçlar 2-4 ay ərzində saç kökü ilə əlaqəni itirir və tökülür. 

Bu döngü ömür boyu davam edir. Saçların 85-90%-i böyümə, 1-2%-i istirahət, 10-15%-i isə tökülmə mərhələsindədir. Bu mərhələləri bilmək saç tökülməsində müalicənin niyə uzun sürdüyünü anlamaq baxımından da əhəmiyyətlidir.

 

Saç tökülməsinə səbəb nədir?

1. Genetik faktorlar

Kişilərdə və qadınlarda saç tökülməsinin səbəbləri fərqlidir.  Kişilərdə görülən saç tökülməsi, ümumiyyətlə, kişi tipli hormonlara həssas saç tökülməsidir ki, bu da genetikdir və əhalinin 50%-dən çoxunda görülür.  Bu tip saç tökülməsi xroniki olur.

Genetik əsasda androgenlərin təsiri nəticəsində baş verən saç tökülməsinə “Androgenetik saç tökülməsi” deyilir.  Kişilərin təxminən yarısında və qadınların 20-25% -ində görülür. Xəstələr zaman-zaman saç tökülməsinin şiddətli olduğunu desələr də, bu, telogen saç tökülməsindən fərqli olaraq, illər ərazində davam edir.  Bəzən xəstələr saçlarının tökülməsindən daha çox incəldiyini görürlər.  Əsasən təpə hissədə saçların seyreldiyi müşahidə edilir.

Yaş irəlilədikcə keçəllik yaranır və nəticədə saç əkilməsi tələb oluna bilər.  Erkən yaşlarda başlayan əlavə müalicələr, mezoterapiya və PRP müalicəsi tökülmə sürətini ləngidir. Keçəlliyə getmə müddətini uzadır.

Bu cür tökülmə qadınlarda da müşahidə olunur.  Xüsusilə ailə üzvlərindən birində keçəllik problemi olan insanlarda saç tökülmə riski var.  Bu vəziyyətin əvvəlki illərə nisbətən daha çox olmasının səbəbləri həddindən artıq stress, balanssız qidalanma, uzun müddət aclıq və hormonal problemlərdir.

 

2. Dəri problemləri

Ekzema, sızanaq, liken xəstəliyi, həddindən artıq yağlı dəri, göbələk kimi xəstəliklər saç tökülməsinə səbəb ola bilər.

 

3. Yanlış yemək vərdişləri

Qidalanma ilə əlaqədar saç tökülməsi çox rast gəlinən səbəblərdəndur. Saçın qidalanması və qanla təmin edilməsi lazımdır.  Müntəzəm və balanslı qidalanmamaq, uzun müddət aclıq, pəhrizlər, yüksək karbohidratlı qidalardan istifadə saç tökülməsinə səbəb ola bilər. 

 

4. Vitamin və mineral çatışmazlığı

Qidalanma problemi olmasa da, saç üçün lazım olan vitamin və mineralların qanda olmaması saç tökülməsinin başqa bir səbəbidir.  B12, vitamin D, fol turşusu, biotin, sink, dəmir kimi vitamin və minerallar azdırsa, saçlar qidalana bilmir və tökülür.  

 

5. Hormonal problemlər

Əgər hormonal problemlər - menstruasiya gecikməsi və ya nizamsızlıqları varsa, bədəndə tüklənmə, həddindən artıq sızanaqlar, sürətlənmiş çəki artımı, bu simptomlara saç tökülməsi əlavə ediərsə mütləq şəkildə hormonlar yoxlanılmalıdır.  

 

6. Bəzi daxili xəstəliklər və dərman istifadəsi

Bəzi daxili xəstəliklər -  Qalxanabənzər vəz xəstəlikləri və ya bu xəstəliklər üçün istifadə edilən dərmanlar, revmatik xəstəliklər, istifadə edilən hormonlar, arıqlama həbləri, böyrəküstü vəzi xəstəlikləri, insulin rezistenliyi, diabet, doğum nəzarət həbləri və bəzən bu nəzarət həblərinin kəsilməsi saç tökülməsinin digər səbəbləridir. Bu vəziyyət mütəxəssis həkimlər tərəfindən müayinələrlə hərtərəfli araşdırılmalıdır.

Hipotiroidizmdə, yəni qalxanabənzər vəzinin qeyri aktiv vəziyyətdə olması zamanı geniş yayılmış saç tökülməsi və ya bədən tüklərinin tökülməsi müşahidə edilə bilər.  Qalxanabənzər vəzi hormonu müalicəsindən sonra saçlar orta hesabla 8 həftə içində normal vəziyyətinə qayıtmağa başlayır.  Uzun müddət davam edən hipotiroidizmdə qalıcı kök itkisi inkişaf edir və qalxanabənzər vəzinin çox işləməsi, başqa sözlə hipertiroidizm saç tökülməsinə səbəb ola bilər.

 

7. Doğuş və kimyaterapiya ilə əlaqəli saç tökülməsi 

*Bütün bunlardan başqa saç tökülməsinin iki xüsusi səbəbi vardır:

Biri doğuşdan 2-3 ay sonra başlayan doğuş sonrası tökülmədir.  Hamiləlik zamanı tökülməli, lakin tökülməmiş saçların anidən tökülməsi nəticəsində yaranır. Digəri də kimyaterapiya alan xəstələrdə saç tökülməsidir.  Son illərdə daha müasir dərmanların istifadəsi ilə bu tökülmələrə daha az rast gəlinir, müalicə tamamlandıqda özbaşına sağalmağa meylli bir vəziyyətdir.

 

8. Stress və depressiya

Həddindən artıq stress hər hansı bir xəstəlik kimi saç tökülməsinin başqa bir səbəbidir. Depressiya, narahatlıq, psixoz və onların müalicəsində istifadə olunan dərmanlar saçlara təsir edərək tökülməsinə səbəb ola bilər.

 

9. Alopecia Areata (ocaqlı dazlıq)

Alopesia areata - tez-tez müşahidə olunan bir xəstəlikdir, birdən-birə meydana çıxır, müxtəlif diametrli bir və ya bir neçə dairəvi, tamamilə keçəlləşən nahiyələrlə xarakterizə olunur.  Yalnız saçda deyil, saqqal bölgəsində də görünə bilər.  Adətən müalicə ilə geriləyir.  Tökülmələr zamanı dermatoloqa müraciət etmək, müayinədən keçmək, lazımi analizləri etmək və müalicə etdirmək çox vacibdir.

 

Şərhlər