Whatsapp Instagram Youtube

Bloq - Pyogenic Granuloma nedir? Dermatoloq Dr. Mehdi

Pyogenic Granuloma nedir? Dermatoloq Dr. Mehdi

Pyogenic Granuloma nedir? Dermatoloq Dr. Mehdi

ss

Pyogenik qranuloma qanaxmaya meylli, parlaq qırmızı, həssas lezyondur.  Adətən uşaqlarda, gənclərdə və hamilə qadınlarda travmadan sonra baş verir. Əllər, barmaqlar, dodaqlar, ağız içi kimi nahiyələrdə daha çox rast gəlinir. Nadir hallarda birdən çox yerdə görünə bilər. Klinik görüntü onun diaqnozu üçün xarakterikdir. Dermatoloqun müayinəsi zamanı asanlıqla diaqnoz qoyulur. 

Qadınlarda hamiləlik dövründə ağızda görülən xüsusi forma "pregnancy epulis" adlanır və adətən diş ətlərinə yerləşir.  Hamiləlikdən sonra spontan geriləyir.

 

Müalicəsi haqqında

Müalicə olaraq cərrahi və ya lazer üsulları istifadə olunur.

Arqon və CO2 Lazer

3-4 həftəlik fasilələrlə 1-2 seans həyata keçirilir.

PDL

Diaskopiya ilə aparılan zaman effekt olduqca güclüdür.

Qanaxmanın nəzarət altına alındığı və sonrasında çapıq qalmadığı üçün lazer müalicələrinə daha çox üstünlük verilir.

Piogenik qranuloma lezyonların müxtəlif qalınlıqlarına görə həmişə lazer müalicəsi üçün uyğun olmaya bilər, ancaq papulyar hissənin cərrahi yolla çıxarılmasından sonra lazerlə müalicə oluna bilər.  Bunun xaricində erkən dövr və ya diaskop da müalicənin müvəffəqiyyətini artıran amillərdir.  Lezyonun damar olmayan hissələri CO2 lazer ilə müalicə edilə bilər.

 

 

Dermatoloq Dr Mehdi

 

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər