Bloq

PRP nədir? Hansı problemlər zamanı PRP tətbiq edilir?

PRP nədir? Hansı problemlər zamanı PRP tətbiq edilir?

PRP (trombositlə zənginləşdirilmiş plazma) pasiyentin öz qanından sentrifuqa ilə alınan və dəriyə və ya baş dərisinə incə iynələrlə yeridilən plazmadır. Saç tökülməsi, dəri cavanlaşdırması, akne izləri, çapıqlar və strialarda tətbiq olunur; adətən 2–4 həftə fasilə ilə 4–7 seans aparılır.

Amerika Dermatologiya Akademiyası (AAD) araşdırmaların PRP-nin saç tökülməsində təhlükəsiz və effektiv ola biləcəyini göstərdiyini qeyd edir; DermNet isə androgenetik alopesiyada PRP-ni hələ tədqiq olunan üsul kimi təqdim edir. Ona görə PRP-nin uyğunluğu saç tökülməsinin səbəbi müəyyənləşdikdən sonra qərarlaşdırılır.

PRP nədir?

PRP "Platelet Rich Plasma" - "Trombositlərlə zənginləşdirilmiş plazma" deməkdir. Trombositlər qanda laxtalanmada rol oynayan hüceyrə hissəcikləridir. Trombositlər yara sağalmasının ilkin bərpasını başlatır, bu təsirləri böyümə faktorları  ilə edirlər. Bu böyümə faktorlarının dərini cavanlaşdırdığı və yenilədiyi artıq elmə məlumdur. Bu səbəbdən yaşlanma əleyhinə, ləkə müalicəsi, saç tökülməsi kimi bir çox sahədə istifadə olunur.

PRP necə əldə edilir və necə tətbiq olunur?

Xəstədən az miqdarda qan alınır. Steril borularda, sentrifuqada normal qanla müqayisədə təxminən 7-10 dəfə daha çox trombositlərlə zəngin olan plazma əldə edilir. Daha sonra pasientdən əldə edilən plazma kiçik başlıqlı iynələr vasitəsilə həmin şəxsə tətbiq edilir. Əsas tətbiq sahələri üz və baş dərisidir.

PRP hansı göstərişlər zamanı istifadə olunur?

Dəridə parlaq və sağlam görünüş əldə etmək;

Yaşlanma əlamətlərini gerilətmək;

Saç tökülməsi;

Mövcud çapıqların və yara  izlərinin sağalması;

İncə qırışlar;

Akne (sızanaq) izləri;

Strialar (dəri çatları) və s. müalicəsində; eləcə də

Lazer, mikroneedling və ya kimyəvi pilinq prosedurlar ilə birgə daha yaxşı nəticə almaq üçün tətbiq edilə bilər.

PRP hansı sıxlıqla tətbiq olunur, effekt üçün neçə seans lazımdır?

Tətbiq 2-4 həftəlik fasilələrlə 4-7 seans tətbiq edilir. Dəridə parlaqlıq və regenerasiya adətən ilk tətbiqdən sonra nəzərə çarpır, lakin tam effekt əldə etmək üçün ən azı 4-5 seans tətbiq olunmalıdır.

Tətbiqdən əvvəl və sonra nələrə diqqət edilməlidir?

Tətbiq etməzdən əvvəl dəri təmiz olmalıdır. Tətbiq ediləcək bölgədə herpes kimi dəri infeksiyası olmamalıdır. Prosedurdan dərhal sonra gündəlik fəaliyyətə qayıtmaq mümkündür. İynə yerlərinə toxunulmamalı, makiyaj edilməməlidir.

Əgər qan durulaşdıran dərmanlardan istifadə edirsinizsə, revmatik xəstəliyiniz varsa, bunu mütləq həkiminizlə bölüşün.  Daha əvvəl etdiyiniz kosmetik prosedurlar barədə həkiminizi məlumatlandırın.

PRP-nin əks təsirləri hansılardır?

Mütəxəssis dermatoloqlar tərəfindən edildikdə, demək olar ki, heç bir əks təsiri yoxdur.  İynə ilə tətbiq olunduğu üçün nadir hallarda tətbiq olunan yerlərdə qızartı və göyərmə kimi əlavə təsirləri ola bilər. Adətən 1-2 gün ərzində tamamilə keçib gedir.

PRP proseduru mütləq mütəxəssis həkim dermatoloq tərəfindən edilməlidir.

PRP üçün dermatoloq konsultasiyası

PRP-nin sizin üçün uyğun olub-olmaması, seans sayı və fasilələr dərinin və ya saç tökülməsinin səbəbi qiymətləndirildikdən sonra müəyyən edilir.

Bakıda fəaliyyət göstərən dermatoloq Dr. Mehdi Mahmudi ilə PRP saç müalicəsi haqqında məlumat əldə edə bilərsiniz.

Əlaqə saxlayın

PRP haqqında tez-tez verilən suallar

PRP üçün neçə seans lazımdır?

PRP adətən 2–4 həftəlik fasilələrlə 4–7 seans tətbiq edilir. Dəridə parlaqlıq çox vaxt ilk seansdan sonra hiss olunur, lakin tam effekt üçün ən azı 4–5 seans lazımdır.

PRP-dən sonra gündəlik həyata qayıtmaq olarmı?

Bəli, prosedurdan dərhal sonra gündəlik fəaliyyətə qayıtmaq mümkündür. İynə yerlərinə toxunulmamalı və həmin gün makiyaj edilməməlidir.

PRP-nin yan təsirləri varmı?

İynə ilə tətbiq olunduğu üçün nadir hallarda inyeksiya yerlərində qızartı və göyərmə ola bilər. Bu əlamətlər adətən 1–2 gün ərzində keçir.

PRP-dən əvvəl həkimə nəyi bildirmək lazımdır?

Qan durulaşdıran dərman qəbul edirsinizsə, revmatik xəstəliyiniz varsa, tətbiq nahiyəsində herpes kimi dəri infeksiyası varsa və əvvəllər hansı kosmetik prosedurları etdirmisinizsə, bunu həkimə əvvəlcədən bildirin.

Elmi mənbələr

  1. American Academy of Dermatology. Hair loss: Diagnosis and treatment.
  2. DermNet. Male pattern hair loss (androgenetic alopecia).

Tibbi qeyd: Bu məqalə maarifləndirici məqsəd daşıyır və fərdi həkim müayinəsini əvəz etmir. Prosedurun uyğunluğu, dozası və seans sayı dermatoloq müayinəsindən sonra fərdi olaraq müəyyən edilir.

Müəllif: Dr. Mehdi Mahmudi, dermatoloq-kosmetoloq

Ünvan: Nazim Hikmət 66, Yasamal, Bakı, Salutem Dermatoloji Klinika

Əlaqə: +994 50 519 42 19

AI köməkçiləri Süni intellektlə xülasə edin Məqalənin qısa xülasəsini seçdiyiniz AI köməkçisində açın.

AI cavabları məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir.

Bu problemlə bağlı həkimə müraciət etmək istəyirsiniz?
Dəqiq diaqnoz və müalicə planı üçün müayinə lazımdır. WhatsApp-da yazın və ya zəng edin — sizə uyğun vaxt təyin olunur.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk siz yazın!

Şərh yaz

Şərhlər moderasiyadan keçdikdən sonra yayımlanır. Email gizli saxlanılır.