Günəş Kremi Necə Seçilir və Necə İstifadə Olunur?
Günəş kremi seçərkən ən azı SPF 30, geniş spektrli (həm UVA, həm UVB şüalarından qoruyan) və suya davamlı məhsula üstünlük verilməlidir. Krem günəşə çıxmazdan təxminən 15–20 dəqiqə əvvəl üzə, boyuna və açıqda qalan bütün dəriyə çəkilir, hər 2 saatdan bir, üzdükdən və ya tərlədikdən sonra isə dərhal yenilənir. UVA şüaları dərinin erkən yaşlanmasına və qırışlara, UVB şüaları isə bronzlaşma və yanıqlara səbəb olur. Günəş kremi ilin bütün fəsillərində istifadə olunmalıdır; açıq dərili (I–II fototip) insanlarda dəri xərçəngi və yaşlanma riski daha yüksəkdir. Bu tövsiyələr Amerika Dermatologiya Akademiyasının (AAD) tövsiyələri ilə üst-üstə düşür. Günəş şüaları bir çox dəri probleminə - ləkə, qırışlar, dərinin bəd xassəli şişlərinə səbəb olmaqla yanaşı, akne və rozasea kimi əvvəlcədən mövcud olan dəri xəstəliklərini də şiddətləndirə bilir. Günəş şüalarının 3 növü var: Dərinin günəş işığına həssaslığına görə dəri tipləri I tipdən (ən açıq rəngli dəri) VI tipə qədər (ən tünd rəngli dəri) sinifləndirilmişdir. I və II dəri tipinə sahib insanların xərçəng və dəri yaşlanması riski daha çoxdur. Ancaq erkən yaşlanma bütün dəri tiplərində günəş şüalarına məruz qaldıqdan sonra görülə bilər. Günəş şüalarının zərərli təsirindən qorunmaq üçün günəş kremləri ilin bütün fəsillərində istifadə olunmalıdır. Bəs günəş kremi seçərkən nələrə diqqət edilməlidir? Günəşə çıxmazdan 15-20 dəqiqə əvvəl üz və boyun dərisinə, eləcə də açıqda qalan digər dəri sahələrinə sürülməli, hər 2 saatdan bir, üzdükdən və ya tərlədikdən sonra isə dərhal yenilənməlidir. Unutmayın ki, iyirmili yaşlarda istifadə olunan günəş kreminin yerini qırxlı yaşlarda edilən heç bir kosmetoloji prosedur doldura bilməz. Dərinizin qeydinə qalın. Günəşin yaratdığı ləkələr, qırışlar və dəyişən xallar dermatoloq tərəfindən qiymətləndirilməlidir. Dəri tipinə uyğun günəşdən qorunma planı müayinə zamanı müəyyən edilir. Bakıda fəaliyyət göstərən dermatoloq Dr. Mehdi Mahmudi ilə çil və ləkə müalicəsi haqqında məlumat əldə edə bilərsiniz. Ən azı SPF 30 olan, geniş spektrli (UVA və UVB) və suya davamlı günəş kremi seçilməlidir. Günəşə çıxmazdan təxminən 15–20 dəqiqə əvvəl açıqda qalan bütün dəriyə çəkilməli, hər 2 saatdan bir, üzdükdən və ya tərlədikdən sonra isə dərhal yenilənməlidir. Bəli. Günəş şüalarının zərərli təsirindən qorunmaq üçün günəş kremi ilin bütün fəsillərində istifadə olunmalıdır. UVA şüaları dəridə erkən yaşlanma və qırışlara, UVB şüaları isə bronzlaşma və günəş yanığına səbəb olur. Ən zərərli olan UVC şüaları stratosfer tərəfindən udulur və yer səthinə demək olar ki, çatmır. Tibbi qeyd: Bu məqalə maarifləndirici məqsəd daşıyır və fərdi həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı dermatoloq müayinəsindən sonra fərdi olaraq müəyyən edilir. Müəllif: Dr. Mehdi Mahmudi, dermatoloq-kosmetoloq Ünvan: Nazim Hikmət 66, Yasamal, Bakı, Salutem Dermatoloji Klinika Əlaqə: +994 50 519 42 19Günəş şüaları dəriyə necə təsir edir?
Günəş kremi necə seçilir?
Günəş kremləri necə istifadə edilməlidir?
Günəş ləkələri və dəri yaşlanması
Günəş kremi haqqında tez-tez verilən suallar
Günəş kremi neçə SPF olmalıdır?
Günəş kremi nə vaxt və neçə saatdan bir çəkilməlidir?
Qışda da günəş kremi lazımdırmı?
UVA və UVB şüalarının fərqi nədir?
Elmi mənbələr
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk siz yazın!
Şərh yaz