Bloq - Genişlənmiş məsamələri azaltmağın 10 yolu

Genişlənmiş məsamələri azaltmağın 10 yolu

Genişlənmiş məsamələri azaltmağın 10 yolu

Genişlənmiş məsamələr sağlamlıq problemi deyil, estetik narahatlıqdır və əsasən artıq yağ ifrazı, dərinin elastikliyinin azalması, yaşlanma və günəş zədəsi ilə bağlıdır. Məsamələr yağ, kir və makiyajla tıxandıqda daha böyük görünür.

Məsamələrin ölçüsünü tamamilə dəyişmək mümkün deyil, amma gündəlik düzgün təmizləmə, su əsaslı məhsullar, günəşdən qorunma, pilinq və dermatoloji prosedurlarla görünüşünü azaltmaq olar. DermNet də qeyd edir ki, məsamələri kiçiltməyə yönəlmiş müalicələrin effekti məhduddur.

Dərinin tipindən asılı olaraq məsamələrin ölçüsü insandan insana dəyişir.  Hər bir insanın bədəni incə tüklərlə əhatə olunub və hər bir ən kiçik tükün belə məsaməsi vardır. Hər tük follikulunun yağ vəzisi vardır. Piy vəziləri yağ ifraz edir və ifraz olunan yağ dərinin səthinə çatır və məsamələrdə toplanır.

 Genişlənmiş məsamələrin səbəbləri

  • Həddindən artıq yağ ifrazı: Bəzi insanların yağ vəziləri həddindən artıq yağ istehsal edir və bu insanlar yağlı dəri tipinə malikdirlər.  İnsanın piy vəzilərinin çox yağ ifraz etməsi genləri ilə bağlıdır və bu da məsamələrin böyüklüyünü təyin edir. 
  • Məsamələrin ətrafında elastikliyin azalması: Dərinin elastikliyi azaldıqda məsamələr daha geniş görünür.
  • Tük follikulunun həcminin böyük olması: Bu halda, tük kökündəki məsamə tıxanmağa meylli olur.

Məsamələrə yağ yığıldığı zaman gün ərzində yığılan kir və makiyajla birləşərək məsamə tıxana bilər. Bu yığıntılar məsamələrin olduğundan daha böyük görünməsinə səbəb olur.  Sızanaqlar məsamələrin tıxanması ilə inkişaf edə bilər.

Genişlənmiş məsamələr sağlamlıq problemi deyil.  Bu, sadəcə, estetik bir narahatlıqdır. Bir insanın böyük məsamələri varsa, bu vəziyyəti dəyişdirmək mümkün deyil. Ancaq görünüşü azaltmağın bəzi yolları var.

 Genişlənmiş məsamələri azaltmağın 10 yolu:

1. Su əsaslı məhsullardan istifadə edin

Əgər yağlı dəriniz varsa, su əsaslı məhsullardan istifadə etməlisiniz. Su əsaslı məhsullardan istifadə etməklə siz artıq yağın məsamələrə daxil olmasının qarşısını almış olursunuz.

2. Üzünüzü həm səhər, həm də axşam yuyun

Üz yumaq dəriyə qulluğun əsasını təşkil edir. Səhər və axşam üzün yuyulması məsamələrdəki yağ və kirləri təmizləyəcək və onların görünüşünü azaltmağa kömək edəcək.

3. Gel əsaslı təmizləyicilərdən istifadə edin

Nəmləndirici xüsusiyyətlərə malik təmizləyicilər yağlanmağı artıra bilər. Gel əsaslı təmizləyicilər məsamələrdəki yağı daha yaxşı təmizləyir və genişlənmiş məsamələrin görünüşünü azaldır.

4. Dəri tipinə uyğun tonik tətbiq edin

Tonik dəri təmizlənməsinin son mərhələsidir. Səhər və axşam təmiz dəriyə tətbiq olunan tonik dərini rahatlaşdırır, eyni zamanda məsamələri sıxlaşdırır.

5. Dərinizi gündəlik nəmləndirin

Yağlı dərini gündəlik nəmləndirmək məntiqsiz görünsə də, məsamə genişliyini azaltmağa kömək edir. Çünki nəmləndirici kremlər dəriyə lazımi suyu verir və onu yumşaldır.  Bu, dəridəki yağın məsamələrdə çökməsinin qarşısını alır.

6. Gil maskası tətbiq edin

Həftədə 1-2 dəfə gil maskası tətbiq etmək məsamələri daraltmağa kömək edə bilər. Bununla belə, aşındırıcı məhsullarla eyni gündə istifadə edilməməlidir. Əks halda, qıcıqlanma səbəbindən məsamələr daha böyük görünə və dəri ləkələnə bilər.

7. Hər gecə makiyajınızı silməyi unutmayın

Bütün gecəni makiyajla yatmaq məsamələrin tıxanmasına səbəb olur. Bunun səbəbi məsamələrdə makiyaj, yağ və bakteriyaların toplanmasıdır.

8. Günəşdən qoruyucu vasitələrdən istifadə edin

Dərini günəşdən qorumaq çox vacibdir.  Günəş zədəsi dərini qurudur, məsamələri daha böyük göstərir. Dərinizi günəşdən qoruyaraq onu elastik saxlayırsınız. Geniş kənarlı papaq taxmaqla, günəşdən qoruyucu kremlərdən istifadə etməklə, kölgədə qalmaqla özünüzü günəşdən qoruya bilərsiniz.

9. Daimi və bol su için

İnsan bədəninin 3/4 hissəsi sudan ibarətdir. Buna görə də dərimiz gündəlik həyatımızda ən çox suya ehtiyac duyur. Hamar dəriyə sahib olmaq üçün gündəlik istifadə edilən su miqdarına diqqət edilməlidir.

Yaşadığımız bölgəyə, mövsüm fərqlərinə və yaş kimi faktorlara görə dəyişsə də, yetkin bir insanın gündə orta hesabla 2 litr təxminən 8 stəkan su içməsi lazımdır.  Su dərini toksinlərdən təmizləyir və məsamələrin nəfəs almasına və daralmasına kömək edir.

10. Kosmetik prosedurlar və müalicələr üçün dermatoloqunuzla məsləhətləşin

Dermaroller, dermapen kimi mikro iynələmə üsulları ilə kiçik iynələr, dərinin sağalmasını sürətləndirən yüngül zədələrə səbəb olur.  Bundan əlavə, genişlənmiş məsamələr üçün karbon pilinqi və qızıl iynə radiofrekans kimi cihaz vasitəçiliyi ilə kosmetik prosedurlar tətbiq oluna bilər. Bu prosedurlar genişlənmiş məsamələri  daraltmağa kömək edir. Dermatoloq sizin dəriniz üçün uyğun olan prosedurları və neçə seans tətbiq olunmasını individual olaraq seçəcək.

Məsamələr üçün fərdi qulluq planı

Dəri tipinə uyğun olmayan məhsullar məsamələrin tıxanmasını və yağlanmanı artıra bilər. Uyğun qulluq və prosedurlar dəri analizi ilə müəyyən edilir.

Bakıda fəaliyyət göstərən dermatoloq Dr. Mehdi Mahmudi ilə dəri baxımı və dəri analizi haqqında məlumat əldə edə bilərsiniz.

Əlaqə saxlayın

Genişlənmiş məsamələr haqqında tez-tez verilən suallar

Genişlənmiş məsamələr niyə yaranır?

Əsas səbəblər artıq yağ ifrazı (çox vaxt genetik meyl ilə bağlıdır), məsamə ətrafında dərinin elastikliyinin azalması və tük follikulunun həcminin böyük olmasıdır. Məsamələrə yığılan yağ gün ərzində kir və makiyajla birləşəndə məsamələr daha böyük görünür.

Məsamələri tamamilə kiçiltmək olarmı?

Xeyr. Məsamələrin ölçüsü əsasən dəri tipi ilə müəyyən olunur və tamamilə dəyişdirilə bilmir. Düzgün qulluq və prosedurlarla onların görünüşünü azaltmaq mümkündür.

Yağlı dərini nəmləndirmək lazımdırmı?

Bəli. Nəmləndirici kremlər dəriyə lazımi suyu verir və onu yumşaldır; bu, yağın məsamələrdə çökməsinin qarşısını almağa kömək edir. Yağlı dəri üçün su əsaslı məhsullar seçilməlidir.

Genişlənmiş məsamələr üçün hansı prosedurlar edilir?

Mikroiynələmə (dermaroller, dermapen), karbon pilinqi və qızıl iynə radiofrekans kimi prosedurlar tətbiq oluna bilər. Hansı prosedurun və neçə seansın uyğun olduğunu dermatoloq dəri tipinə görə fərdi seçir.

Elmi mənbələr

  1. DermNet. Enlarged pores.

Tibbi qeyd: Bu məqalə maarifləndirici məqsəd daşıyır və fərdi həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı dermatoloq müayinəsindən sonra fərdi olaraq müəyyən edilir.

Müəllif: Dr. Mehdi Mahmudi, dermatoloq-kosmetoloq

Ünvan: Nazim Hikmət 66, Yasamal, Bakı, Salutem Dermatoloji Klinika

Əlaqə: +994 50 519 42 19

AI köməkçiləri Süni intellektlə xülasə edin Məqalənin qısa xülasəsini seçdiyiniz AI köməkçisində açın.

AI cavabları məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk siz yazın!

Şərh yaz

Şərhlər moderasiyadan keçdikdən sonra yayımlanır. Email gizli saxlanılır.