Whatsapp Instagram Youtube

Bloq - Üz Estetikində Botoks və Onun Nəticələri! Dermatoloq Hekim Mehdi Mahmudi

Üz Estetikində Botoks və Onun Nəticələri! Dermatoloq Hekim Mehdi Mahmudi

Üz Estetikində Botoks və Onun Nəticələri! Dermatoloq Hekim Mehdi Mahmudi

ss

Botox ilə qırışıqlıq və dəridəki cizgilər müddətlik yox edilir. Botox müalicəsinin təsirinin müddəti 4-6 ay arasındadır. Təsir müddəti fərddən-fərdə dəyişiklik göstərməkdədir. Bu müddəti yaş və müdaxilə edilən bölgə aydınlaşdırmaqdadır. Hamilə və süd verən analar xaric,hər kəs botox etdirə bilər.

Olduqca qısa sürən botox prosseduru, qazayağı, alın, boyun, əsəbilik cizgisi, qaş qaldırmaq üçün, tərləməyi önləmək üçün istifadə oluna bilər. Prossedur müddəti 10-15 dəqiqədir. Prossedurdan sonra ağrı olmur. Pasientlər işlərinə qayıda bilərlər. Botoxun daxil edildiyi həmin gün idmana, gözəllik salonlarına, saunaya getmək önərilmir, ayrıca olaraq 3 gün hovuza getmək də olmaz. Həmin gün yuxu pozisiyasına diqqət edilməlidir, üzü aşağı yatmaq olmaz. Botoxsun tam təsiri 5-7 gün müddətində görünür.

 

Üz estetikində botox

Alın, göz çevrəsi, qaş arası, burunun yan divarı, dodaq üzərində incə cizgilər, ağız çevrəsindəki qırışıqlıqlar, və boyun dərisindəki qırışıqlıqlar üz və boyundakı mimik qırışlarının gərilməsi səbəbi ilə qırışır. Qaş arası və burunun yan divarındakı qırışlar əsəbi üz ifadəsi, göz çevrəsi və alındakı cizgilər yaşlı və yorğun üz ifadəsi və ağız çevrəsindəki qırışlar isə üzgün bir üz ifadəsinə səbəb olur.

 

Botox bu qırışlara nə edir?

Botox üzün bu hissələrindəki mimik əzələlərini müvəqqəti olaraq gərginləşməsini blok edərək yorğun, qızğın və üzgün üz ifadəsini ortadan qaldıraraq qırışsız, daha gənc, daha dinc bir üz ifadəsi əldə edilir.

Botox müalicəsi üz əzələlərinin anatomiyasını yaxşı bilən təcrübəli mütəxxəsis tərəfindən icra olunmalıdır. Çox incə uclu bir iynə ilə qırışıqlığa səbəb olan əzələlərin üzərinə edilir. Ağrılı bir prossedur deyil, sadəcə həmin hissədə yüngül yanma hiss edilir. Prossedur edildikdən sonra həmin hissədə olan botoxun çevrəyə yayılmaması üçün o bölgənin ovuşdurulmaması lazımdır.

 

Aşırı tərləmə müalicəsində botox

Əl, ayaq və qoltuq altı tərləmələri botox prosseduru ilə 6 aylığına ortadan qaldırılır. Əvvəlində krem ilə lokal olaraq uyuşdurulduqdan sonra tər vəzlərinin çox olduğu bölgəyə edilir.

Şərhlər