Qırışları aradan qaldırmaq üçün nə etməliyəm?
ssQırışlar niyə yaranır? Qarşısını necə almaq mümkündür?
Qırışlar yaşlanma prosesinin bir hissəsidir, lakin müasir tibb dünyasında daha az qırışlı və təbii, həmçinin daha gənc dəri ilə yaşlanmaq da mümkündür. Dermatoloqunuz müayinədən sonra yaşınıza və dəri vəziyyətinizə uyğun olaraq uyğun müalicəni planlaşdıracaq.
Qırışlar üçün evdə edilə biləcək tövsiyələr:
İlk növbədə diqqət etməli olduğunuz əsas şey günəşdən qorunmaqdır. Günəş dərinin qocalmasını sürətləndirən ən mühüm faktordur. Bu səbəbdən həm günəşdən qoruyucu kremdən, həm də papaq, eynək, kölgədə qalma kimi tədbirlərdən istifadə edilməlidir. Ən azı 30 SPF və ya daha çox faktorlu günəş qoruyucu kremlər tövsiyə olunur.
Yaşlanma əleyhinə kremlərdən və pilinq effekti olan müxtəlif maskalardan istifadə etmək mümkündür.
Dəri tipinə uyğun ətirsiz nəmləndiricilər dərinin nəmlənməsini təmin edərək incə qırışların yaranmasının qarşısını alır.
Mütləq hipoallergen və non-komedogenik (komedon əmələ gətirməyən) məhsullar seçilməlidir.
Siqaret dəri qırışlarını artırır və istifadə edilməsi məsləhət görülmür.
Anti aging (qırış əleyhinə) kremlər həqiqətən təsirlidirmi?
Tərkibində alfa hidroksid, niasinamid, hialuron turşusu, peptidlər və s. kimi aktiv maddələr olan kremlərin faydalı olduğunu göstərən məlumatlar var. Ancaq uzun müddətli istifadə edilməli və bu kremlərdən möcüzələr gözlənilməməlidir.
Bahalı olması kremin yaxşı olması demək deyil.
Kosmetik kremlərin tərkibində olan aktiv maddə yan təsirləri minimuma endirmək üçün aşağı səviyyədədir və bu kremlər dərman kateqoriyasina daxil deyil, bir sözlə dermatoloqunuzun tətbiq edəcəyi aşağıdakı müalicə üsullarını əvəz edə bilməz.
Dermatoloqunuzun tətbiq edə biləcəyi Anti aging (qırış əleyhinə) müalicələr hansılardır?
Botoks (Botulinum toksin tətbiqi)
Dolğu
Lazer dərinin yenilənməsi (fraksional lazer)
Qızıl iynə radiofrekans
HIFU (Focus ultrasəs)
Saplar
Prp, mezoterapiya, biorevitalizasiya və s.
Yuxarıda qeyd olunan bu minimal invaziv üsullar cərrahi müalicə ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Əvvəla, xəstəxanaya yerləşdirmə, kəsik və ya tikiş tələb etmir. Yan təsirlər təcrübəli həkim dermatoloq tərəfindən edildikdə demək olar ki, yoxdur. Qısa müddət ərzində istədiyiniz sağlam və daha gənc dərini əldə bilirsiniz.
Dermatoloqunuz yaşınıza, dəri tipinizə, qırış sahəsinə görə müalicə növü və seansların sayına qərar verəcək.
Kosmetik Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər