Whatsapp Instagram Youtube

Bloq - Dermapen nədir? 4 Əsas sual və cavab (Mikroneedling) / Dermatoloq Dr Mehdi

Dermapen nədir? 4 Əsas sual və cavab (Mikroneedling) / Dermatoloq Dr Mehdi

Dermapen nədir? 4 Əsas sual və cavab (Mikroneedling) / Dermatoloq Dr Mehdi

ss

Dermapen müalicəsi avtomatik titrəyən kiçik iynələrlə dəridə mikrokanalların açılması prosesidir. Bu mikrokanallar sayəsində dərinin ehtiyac duyduğu müalicələr edilə bilir. Həmçinin yeni dəri və kollagen əmələ gəlməsini təmin edərək dəri problemlərini düzəldir.

 

Dermapen nə üçün istifadə olunur?

Sızanaq izləri, məsamələr, dərinin yenilənməsi, anti-aging (yaşlanma əleyhinə), günəş ləkələri, incə qırışların aradan qaldırılması və çatların müalicəsində istifadə olunur. Adətən kombinasiyasılı müalicələrlə birlikdə istifadə edilir.(məs: prp, mezoterapiya və s.) Dermatoloqun nəzarəti altında düzgün göstərişlə tətbiq edilməlidir, əks halda ləkə və infeksiya inkişafı kimi yan təsirləri ola bilər.

 

Dermapen müalicəsi necə tətbiq olunur?

Prosedurdan əvvəl dəri dezinfeksiyaedici maddələrlə təmizlənir. Daha sonra dərinin ehtiyac duyduğu müalicəvi maddələr dəriyə inyeksiya edilir və dermapenlə kiçik mikrokanallar açılır.

 

Dermapen müalicəsi hansı sıxlıqla edilməlidir?

Dəri probleminin növünə görə 2-6 seans arasında edilir.Yaşlanma əleyhinə istifadədə 6 aydan bir təkrarlana bilər.

 

Dermapen müalicəsinin hər hansı əks təsiri varmı?

Ümumiyyətlə, iynə daxil olan yerlərdə qızartı və yanmadan başqa heç bir əks təsiri yoxdur. 2-3 gün ərzində qızartı və şişkinlik yarana bilər. Bu dövrdə günəşdən qorunmalıdır.  Dermatoloqun nəzarəti altında düzgün göstəriş ilə tətbiq olunmalıdır, əks halda melazma kimi bəzi ləkələri artıra bilər.

 

Şərhlər