Whatsapp Instagram Youtube

Bloq - Botoks nədir? Botox haqqında

Botoks nədir? Botox haqqında

Botoks nədir? Botox haqqında

ss

Botoks müalicəsi bir bakteriyadan əldə edilən botulinum adlı toksinin əzələlərə inyeksiyadır.  Toksin əzələlərin yığılmasını blok etdiyi üçün mimiki qırışların yaranmasının qarşısını alır. Təsirə məruz qalan əzələlər orta hesabla 3-6 aydan sonra normala qayıdır.

Botoks alın, qaşarası, qazayağı və digər mimiki qırışların qarşısını almaq üçün istifadə olunur. Həmçinin ovuc-ayaqaltı və qolaltı tərləmənin müalicəsində uğurla tətbiq edilir.

Botulinum toksini heç bir xüsusi hazırlıq tələb etmir. Prosedurdan sonra xəstələr gündəlik fəaliyyətlərinə qayıda bilərlər. Botoksun təsiri 3-7 gün ərzində özünü göstərir və təxminən 3-4 ay davam edir, bəzən 6 aya qədər ola bilər.

Botulinum toksin tətbiqləri həkim olmayan insanlar tərəfindən və qeyri-tibbi mühitlərdə tətbiq edilməməlidir.  Əks halda arzuolunmaz nəticələr yarana bilər.

 

Müalicədən sonra üz ifadəsi yox olub, hissizlik yaranır mı?

Botulinum toksini tətbiq edən mütəxəssis dermatoloqlar incə qırışları və xəttləri müalicə edərkən təbii üz ifadəsini qorumağı hədəfləyirlər. Bunun üçün botulinum toksinini lazımi səviyyədə və lazımi nöqtələrdə tətbiq etməklə təbii üz ifadəniz qorunub saxlanıla bilər. Üzdə hissiyatın itməsi kimi hallar yaşanmır.

 

Gələcəkdə yenidən botoks tətbiq olunmadığı halda daha pis bir vəziyyətə səbəb olarmı?

Xeyr, əksinə, etdiyiniz hər botulinum toksin tətbiqi mimiklərin daha az hərəkətinə səbəb olacağı üçün yaşlanma əlamətlərini gecikdirəcək.

 

Botoks tətbiqinin əks təsirləri nələrdir?

Xəstələrdə inyeksiyadan sonrakı yan təsirlər adətən yüngül və keçici olur.  Bunlara inyeksiya yerində bəzən ağrı, qızartı və göyərmə ola bilər. Qeyri professional, dermatoloq olmayan şəxslər tərəfindən tətbiq edildiyi halda göz qapağının sallanması, asimmetrik görüntü ola bilər. Bu yan təsirlər mütəxəssis dermatoloqlar tərəfindən edildiyi təqdirdə çox nadirdir.

 

Botoks tətbiqi təhlükəsizdirmi?

Botulinum toksini ilk dəfə 1990-cı ildə kosmetik məqsədlər üçün istifadə edilmişdir və 30 ildən artıqdır ki, dermatoloqlar tərəfindən uğurla tətbiq olunur. Botulinum toksini dermatologiyadan başqa digər sahələrdə də müxtəlif müalicələrdə istifadə olunur.  Məsələn, nevrologiyada miqren, arzuolunmaz əzələ yığılmaları, tremor və s.  kimi.

 

Kosmetik Dermatoloq  Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər