Bloq - Çapıq müalicəsi. Çapıq nədir?

Çapıq müalicəsi. Çapıq nədir?

Çapıq müalicəsi. Çapıq nədir?

ss

Çapıq nədir və necə yaranır?

Çapıq dərinin zədələndikdən sonra özünü bərpa etmə prosesi nəticəsində əmələ gəlir. Sızanaqlar, kəsiklər, yanıq, cərrahi müdaxilə və ya travmalar dərinin dərin qatlarına zərər verdikdə çapıq formalaşa bilər. Xüsusilə vaxtında və düzgün müalicə olunmayan sızanaqlar qalıcı çapıqlara səbəb olur.

Çapıq müalicəsi

Çapıq müalicəsi

Çapıq müalicəsi üçün dermatoloji praktikada effektivliyi sübut olunmuş üsullar bunlardır:

🔹 Lazer ilə çapıq müalicəsi
Lazer dərinin yenilənməsini stimullaşdırır, kollagen istehsalını artırır və çapığın dərinliyini azaldır. Xüsusilə sızanaq çapıqlarında effektivdir.

🔹 Dermapen ilə çapıq müalicəsi ( Mikroiynələmə )
Dərinin özünü bərpa mexanizmini aktivləşdirir. Orta dərinlikdə çapıqlar üçün geniş istifadə olunur.

🔹 Kimyəvi pilinq ilə çapıq müalicəsi
Səthi və orta dərinlikdə çapıqlarda dəri tonunu və teksturasını yaxşılaşdırır.

🔹 PRP (plazma) ilə çapıq müalicəsi
Xəstənin öz qanından alınan plazma ilə dərinin regenerasiyası gücləndirilir.

Dermatoloq Mehdi Mahmudi tövsiyə edir:

“Ən yaxşı nəticə adətən kombinə olunmuş müalicə planı ilə əldə edilir. Hər xəstəyə individual yanaşma vacibdir.”

hekim qebulu

Subcision (alt toxumanın ayrılması) ilə çapıq müalicəsi

Subcision metodu xüsusilə dərin, çökük sızanaq çapıqlarında istifadə olunur. Bu üsulda çapığı aşağı çəkən fibroz toxumalar xüsusi iynə vasitəsilə kəsilir.

Nəticədə:

  • dəri səthi yuxarı qalxır
  • kollagen sintezi aktivləşir
  • çapığın görünüşü nəzərəçarpacaq dərəcədə azalır

Elmi araşdırmalar göstərir ki, subcision lazer və PRP ilə kombinə edildikdə daha stabil nəticələr əldə olunur.

 

Fraksional radiofrekans (RF) ilə çapıq müalicəsi

Fraksional RF texnologiyası dərinin dərin qatlarında istilik yaradaraq kollagen və elastin istehsalını stimullaşdırır. Bu üsul:

  • sızanaq çapıqları
  • dərinin tekstura pozğunluqları
  • geniş məsamələr
    üçün effektiv hesab olunur.

RF müalicəsinin üstünlüyü ondan ibarətdir ki, lazerə nisbətən tünd dəri tiplərində daha təhlükəsizdir.

 

Dermal dolğular (Filler) ilə çapıq müalicəsi

Bəzi atrofik çapıqlarda dermal dolğular müvəqqəti və ya yarımqalıcı olaraq istifadə edilə bilər. Dolğular çapığın altına yeridilərək dərini səthə qaldırır.

Bu üsul adətən:

  • seçilmiş, lokal çapıqlarda
  • və ya digər müalicələrlə kombinasiyada tətbiq olunur.

Dermatoloq qeyd edir ki, bu metod simptomatikdir və daimi müalicəs hesab olunmur.

 

Kortikosteroid inyeksiyaları (hipertrofik və keloid çapıqlar)

Hipertrofik və keloid çapıqların müalicəsində intralezyonal kortikosteroid inyeksiyaları məsləhət bilinən üsullardan biridir.

Bu müalicə:

  • çapığın həcmini azaldır
  • qaşınma və gərginlik hissini götürür
  • toxumanın sərtləşməsinin qarşısını alır

Elmi tədqiqatlara görə bu inyeksiyalar krioterapiya və lazerlə birlikdə daha effektivdir.

 

Krioterapiya ilə çapıq müalicəsi

Krioterapiya (mayə azotla müalicə) əsasən:

  • keloid
  • hipertrofik çapıqlarda istifadə olunur.

Soyuq təsir nəticəsində patoloji toxuma zədələnir və çapığın ölçüsü kiçilir. Bu üsul adətən tək deyil, digər metodlarla kombinə olunur.

 

Kombinə olunmuş çapıq müalicəsi niyə daha effektivdir?

Elmi dermatoloji məqalələr göstərir ki, tək bir metodla çapıq müalicəsində nəticələr məhdud qalır. Ən effektiv yanaşma:

  • lazer + PRP
  • subcision + dermapen
  • RF + kimyəvi pilinq
    kimi kombinasiyalardır.

 

Evdə çapıq müalicəsi

Dermatoloq Mehdi Mahmudi xəstələrinə çapıq müalicəsi zamanı türkə-çarəni önərmir. İstənilən halda evdə, həkim məsləhəti olmadan, dermatoloq yönləndirməsi olmadan edilən müalicələrdə bir çox risklər vardır. Hansılardır? Məsələn, qan analizi vermədən, çapığın növünü aydınlaşdırmadan ziddiyət təşkil edən retinoid təşkil edən kremlərdən istifadə etsəniz, bu çapığı daha da dərinləşdirə, dərini ciddi quruda, purging effekti ilə sızanağın kəskinləşməsi baş verə bilər. 

Evdə istifadə edilə bilən bəzi vasitələr:

  • Silikon əsaslı gellər və kremlər
  • Retinoid tərkibli kremlər (həkim nəzarəti ilə)
  • Vitamin C serumları
  • Günəş qoruyucu kremlər (SPF 30–50) – çox vacibdir
    ⚠️ Qeyd: Ev üsulları kliniki çapıq müalicəsini əvəz etmir, sadəcə dəstəkləyici rol oynayır.

 

Üzdəki çapıqların müalicəsi

Üzdəki çapıqların çapıq müalicəsi çapığın növünə və dərinliyinə uyğun tibbi üsullarla planlaşdırılır. Lazer, dermapen, PRP və kimyəvi pilinq üz nahiyəsində aparılan çapıq müalicəsi üçün ən çox tətbiq olunan effektiv metodlardır. Ev üsulları üz çapıqlarında çapıq müalicəsini əvəz etmir və yalnız dəstəkləyici rol oynayır.

 

Çapıq üçün maz

Səthi və yeni yaranmış izlərdə çapıq müalicəsi məqsədilə müxtəlif mazlardan istifadə oluna bilər. Silikon əsaslı və bərpaedici tərkibli məhsullar çapıq müalicəsi zamanı toxumanın yumşalmasına və görünüşün azalmasına kömək edir. Dərin və köhnə izlərdə isə mazla aparılan çapıq müalicəsi təkbaşına kifayət etmir.

 

Keloid çapıq

Keloid çapıqda aparılan çapıq müalicəsi xüsusi yanaşma tələb edir, çünki bu tip izlər dərinin həddindən artıq toxuma istehsalı nəticəsində yaranır. Keloidlər öz-özünə keçmədiyi üçün ev üsulları ilə çapıq müalicəsi effektiv sayılmır. Bu hallarda inyeksiya, lazer və krioterapiya ilə aparılan çapıq müalicəsi daha uyğun hesab olunur.

 

Çapıq izinin aparılması

Çapıq izinin aparılması üçün çapıq müalicəsi ilk olaraq çapığın tipinin düzgün müəyyən edilməsi ilə başlayır. Çökük izlərdə lazer və subcision, qabarmış izlərdə isə inyeksiya üsulları ilə çapıq müalicəsi tətbiq edilir. Kombinə olunmuş metodlarla aparılan çapıq müalicəsi daha stabil nəticələr verir.

 

Çapıqların lazerlə yox edilməsi

Çapıqların lazerlə aparılan çapıq müalicəsi onların görünüşünü azaltmaq məqsədi daşıyır. Lazer texnologiyası ilə həyata keçirilən çapıq müalicəsi dərinin yenilənməsini və kollagen istehsalını stimullaşdırır. Çapıqlar tam yox olmasa da, lazerlə aparılan çapıq müalicəsi nəticəsində nəzərəçarpacaq dərəcədə zəifləyir.

 

Çapıq nədir?

Çapıq dərinin zədələndikdən sonra sağalma prosesi nəticəsində yaranır və bu səbəbdən çapıq müalicəsi dermatoloji yanaşma tələb edir. Sızanaq, yanıq, kəsik və cərrahi müdaxilələrdən sonra belə çapıq müalicəsinə ehtiyac yarana bilər. Çapığın forması və dərinliyi seçiləcək çapıq müalicəsi prosedurunu müəyyən edir.

 

Çapıqları aparan krem

Erkən mərhələdə aparılan çapıq müalicəsi zamanı kremlərdən istifadə oluna bilər. Bu kremlər çapıq müalicəsi prosesində dərinin elastikliyini artıraraq rəng və tekstura fərqini azalda bilər. Dərin izlərdə krem vasitəsilə aparılan çapıq müalicəsi məhdud effekt verir.

 

 

 

 

 

Bizimlə Əlaqə

Suallarınız və ya rəyləriniz varsa, bizimlə əlaqə saxlayın: