Dermatoloq ✅ Kosmetoloq | Dəri həkimi | Dr. Mehdi Mahmudi
ssDermatologiya dəri xəstəlikləri və onların müalicəsi ilə məşğul olan tibbi bir elmdir. Bu elm sahəsində insan orqanizmi üçün son dərəcə əhəmiyyətli həyati orqan olan dərinin hər cür xəstəlikləri müayinə və müalicə olunur.
Dermatologiya dəridən başqa dəri əlavələrinin (saç, dırnaq, tər vəziləri), ağız boşluğu kimi selikli qişaların və cinsi yolla keçən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Dərinin ümumi quruluşu, funksiyaları, dərinin bütövlüyünün və sağlamlığının qorunması, dərinin allergik xəstəlikləri, cinsi yolla keçən xəstəliklər, dərinin infeksion xəstəlikləri, saç və dırnaq xəstəlikləri, dərinin şiş xəstəlikləri, bəzi metabolik-sistem xəstəliklərinin dəri simptomları üzrə ixtisaslaşmış həkim dermatoveneroloqlar qazandıqları bilik və bacarıqlarla xalqın sağlamlığı üçün xidmət edirlər.
Dermatoloq kimlərə deyilir və onlar hansı işlərlə məşğul olurlar?
6 illik Müalicə-Profilaktika fakultəsini bitirdikdən sonra rezidentura (ixtisaslaşma) imtahanını keçərək dermatologiya sahəsini seçən həkimlər 4 illik təhsili müvəffəqiyyətlə bitirdikdə dermatoloq olurlar. Dermatoloqlar dəri, saç və dırnaqlarla bağlı bütün növ xəstəlikləri, zöhrəvi xəstəlikləri, yəni cinsi əlaqə yolu ilə keçən xəstəlikləri, ağız və dil xəstəliklərini diaqnostika və müalicəsi ilə məşğul olur.
Sızanaqdan dəri xərçənginə qədər bir çox xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan dermatoloqların müalicə etdiyi əsas xəstəliklər bunlardır:
Akne vulgaris (sızanaqlar
Pruritus (qaşınma)
Urtiker (övrə)
Parazitar dəri xəstəlikləri (bit, qoturluq və s.)
Göbələk xəstəlikləri (dırnaqlar, ayaqlar, əllər, gövdə, cinsiyyət nahiyəsi, baş dərisinin göbələyi)
Ekzema (kontakt dermatit, atopik dermatit və s.)
Psoriaz (pullu dəmrov), liken planus, pitriasis roza (çəhrayı dəmrov) və buna bənzər dermatozlar
Saç xəstəlikləri (kəpək, saçlı dərinin seboreyası, saç tökülməsi və s.)
Dırnaq xəstəlikləri (göbələk, dırnaq batması və s.)
Behçet xəstəliyi
Bulloz xəstəliklər (pemfiqus və s.)
Dərinin xoş və bədxassəli şişləri
Birləşdirici toxuma xəstəlikləri
Piqmentasiya pozğunluqları (günəş ləkələri, vitiligo) , çillər və s.)
İnfeksion/yoluxucu dəri xəstəlikləri (skarlatina, məxmərək, suçiçəyi, herpes zooster və s.)
Allergik dəri xəstəlikləri (həşərat sancması, qida allergiyası, dərman allergiyası və s.)
Cinsi yolla keçən xəstəliklər (ziyillər, herpes, sifilis və s.) Günəş allergiyası
Hiperhidroz (həddindən artıq tərləmə)
Döyənəklər (mazol) və ziyillər
Xallar
Damar mənşəli dəri xəstəlikləri
Dırnaq xəstəlikləri
Dodaq, dil və ağız xəstəlikləri (aft, herpes və ağız içində yaranan digər xəstəliklər)
Qidalanma və maddələr mübadiləsi pozğunluqları nəticəsində yaranan dəri xəstəlikləri
Psixoloji səbəblərdən yaranan dəri xəstəlikləri
Sistem xəstəlikləri zamanı yaranan dəri simptomları
Genetik səbəblərdən yaranan dəri xəstəlikləri
Fiziki amillərin təsiri nəticəsində yaranan xəstəliklər (istiyə və ya soyuğa yaranan reaksiyalar və s.)
Bədənin ən böyük orqanı olduğu üçün insan dərisində bir çox xəstəlik növü ola bilər. Dəridə meydana gələn bəzi xəstəliklər estetik və kosmetik olaraq arzuolunmaz görüntülərə səbəb ola bilər, hətta insanların xarici görünüşündə problemlər yaradaraq psixologiyaya mənfi təsir edə bilər. Su balansını təmin edən, günəşdən gələn ultrabənövşəyi şüalara qarşı qalxan rolunu oynayan, bədən istiliyini tarazlıqda saxlayan, ən əsası canlılığın davamını təmin edən dəri insan həyatı üçün son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən dermatoloqlar bu pozğunluqlarla yanaşı bir çox başqa xəstəliklərin də diaqnoz və müalicəsində rol oynayırlar.
Dermatologiyada tətbiq olunan bəzi diaqnoz və müalicə üsulları:
Dərinin biopsiyası: Diaqnozu təsdiqləmək üçün şübhəli xəstəlik sahəsindən müxtəlif ölçülü parçaların götürülməsi prosesidir. Lokal anesteziya altında aparılan prosedurda götürülən material müayinə üçün patologiyaya göndərilir.
Kriyoterapiya: Dəridəki lezyonların müalicəsi üçün tətbiq edilən dondurma üsuludur. -196 dərəcə maye azot tətbiqi ilə ziyil, dəri xərçəngi, kallus, günəş ləkələri, genital ziyil və molluscum contagiosum kimi müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
Elektrokoterizasiya: Bu, elektrik cərəyanından istifadə edərək lezyonları müalicə etmək və ya qanaxmanı dayandırmaq üçün istifadə edilən üsuldur. Xal, ziyil, yağ hiperplaziyası, piogen qranuloma, seboreik keratoz kimi xəstəliklərin müalicəsində istifadə olunur.
Dermatoskopiya: Dermatosop ilə xal və piqmentsiz lezyonların tədqiqi ilə yanaşı, dəridəki anormal elementlər, parazitlər, dəri şişləri və damarlarla əlaqəli pozğunluqlar ətraflı şəkildə müayinə edilir.
Bədən xallarının tədqiqi: Hətta sağlam insanların da müntəzəm olaraq etməli olduğu müayinə - bədənin xal xəritəsi dəri xərçənginin erkən diaqnozunda böyük rol oynayır.
Allerqoloji testlər: Prick və Patch testi allergiyanın nəyə qarşı və nə dərəcədə şiddətli olduğunu müəyyən etmək üçün allergiya şübhəsi olan şəxslərdə aparılır.
Fototerapiya: İşıq terapiyası kimi tanınan fototerapiya səbəbi bilinməyən qaşınma, vitiliqo və psoriaz xəstəliyinin müalicəsində istifadə edilə bilər.
Dermatokosmetik prosedurlar:
Botox proseduru: Qırışların, həmçinin ovuc içi, ayaq altı və qolaltı tərləmə müalicəsində istifadə olunur.
PRP müalicəsi: İncə qırışların, ləkələrin, çapıqların və dəri çatlarının müalicəsində istifadə olunur.
Kimyəvi Pilinqlər: Dəridə yaranan arzuolunmaz ləkələri aradan qaldırmaq, dərini canlandırmaq üçün dəriyə tətbiq olunan müxtəlif tərkibli kokteylləri əhatə edir, sızanaq izlərini aradan qaldırır və dərinin görünüşünü yaxşılaşdırır.
Dolğu prosedurları: Estetik məqsədlə tətbiq edilən dolğu, dəridəki incə və dərin qırışların aradan qaldırılması, dəridəki həcm itkisinin və çuxurların yox edilməsi məqsədiylə dəri altına tətbiq olunan xüsusi inyeksiya müalicəsidir.
Mezoterapiya: Dəri çatları, selülit problemləri, günəş ləkələri, saç tökülməsi kimi bir çox xəstəliyin müalicəsində istifadə edilən
Lazer müalicələri: Lazerlər (fraksional lazer, ND yag lazer, erbium lazer, Q-Switch lazer və s.) dərinin cavanlaşdırılması və qırışların qarşısının alınması, sızanaqların, çapıqların, cərrahi çapıqların azaldılması, üz qızartılarının aradan qaldırılması, tatuajın silinməsi, anadangəlmə ləkələrin aradan qaldırılması məqsədilə istifadə edilir.
Dermatoloqa nə vaxt gedilməlidir?
Dəridə, saçda, dırnaqlarda və ağızda yaralar, çapıqlar və ya narahatedici görünüş olduqda;
Cinsiyyət orqanlarında və ya qasıqda ziyil, yara, qızartı və sərtlik olduqda;
Saç tökülməsi, seyrəlməsi zamanı;
Dərinin zədələnməsi əlamətləri olduqda;
Behçet xəstəliyi və bəzi sistem xəstəlikləri zamanı;
Dəri səthində istənilməyən xalların və digər törəmələrin kənarlaşdırılması zamanı;
Botoks, dolğu, lazer, prp, mezoterapiya, mikroneedling və s. kimi bir çox prosedurlara ehtiyac olduqda mütəxəssis dermatoloqa müraciət edilməlidir.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
DermatoloqDr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5
Şərhlər