Dermatoloq Dr. Mehdi Mahmudi - Trend.az Müsahibəsi
ssBakı. Trend:
Bu dəfə suallarımızı Dermatoloq Dr. Mehdi Mahmudi’yə ünvanlayacıq.
Salam doktor dermatologiya üzrə sizə ən çox müraciət olunan xəstəliklər hansılardır?
Salam. Dermatoloji xəstəliklər olaraq bir çox xəstəliklərin adını çəkəbilərik amma ən çox müraciət əsasən Sızanaq (Akne Vulgaris), Çapıq müalicəsi, Xal və Ziyil müalicəsi, Ksantalesma, Lazer prosedurları’nı deyəbilərəm. Bu xəstəliklər üçün ən yaxşı dermatoloq odur ki, xəstəlikləri elmi olaraq müalicə etsin.
Sızanaq xəstəliyinin müalicəsi haqqında məlumat verəbilərsizmi?
Bəli, pasiyentlər bizə sızanaq müalicəsi ilə əlaqəli müraciət etdikdən sonra ilkin olaraq müayinə həyata keçiririk, daha sonra 3 aylıq Akne Vulgaris ( Sızanaq ) müalicə kursuna başlayırıq. 3 aylıq müalicə kursunda sızanaqlardan əlavə dərinin zahiri görünüşüdə xeyli yaxşılaşır. Sızanaq olmayan dərilərdə də eyni prosedurları dəriyə qulluq kimi istifadə edirik. Xəstəlik ağır formada olanda, müalicəyə tez başlamaq çapıqların yaranmasına imkan vermir. Lakin müalicəni gecikdirmək bir çox uşaqlarda dəridə çapıqların yaranmasına səbəb olur. Pasiyentlərimiz müalicə seanslarını bitirəndə üzlərində gülüş yaranmış olur. Əsas diqqət yetirdiyimiz nüanslardan biri pasiyentimizin sağlığına qovuşmasıdır.
Ətraflı izah üçün təşəkkür edirik bəs digər xəstəliklərin müalicəsi necə? Çapıq müalicəsi, Xal və Ziyil müalicəsi, Lazer prosedurları və s.
Post Akne Çapıqlar və izlər üçün kompleks müalicə metodları daha efektlidir. Çapıqların müalicəsində bir neçə üsuldan istifadə edirik. Məsələn: Mikro Cərrahiyyə, Combinations Therapy? Erbium & CO2 Fractional lasers, TCA Cross peel, PRP injection kimi müalicə üsulları pasiyentlərimizdə yaxşı nəticələr əldə etməyimizə kömək olur.
Xal müalicəsində vacib olan düzgün diaqnozdur. Əvvəlcə pasiyentimizi dermatoskop ilə müayinə edib, diaqnozu dəqiqləşdiririk, biopsi lazım olsa alınır, daha sonra lazımi proseduru həyata keçiririk. Xal götürülmə prosedurunda vəziyyətdən aslı olaraq cərrahi və ya lazer ilə xalın götürülməsini həyata keçirəbilərik
Ksantalesma Müalicəsində, CO2 lazer vasitəsi ilə gözqapağında yerləşən artıq yağları tam tizləmək lazımdır. Əlavə qanda lipid profilini yoxlamaq və lazım olan hallarda müalicə başlanmalıdır. Dəridə bir həftədə sağalma baş verir və iz qalmır. Müalicə gecikdikcə Ksantalesmanın ölçüsü böyüyür və əməliyyatın zəhməti və xərci artır. İlkin vaxtlar müraciət etmək daha məsləhətdir.
Doktor oxuyucularımıza ziyil müalicəsi haqqında da məlumat verərdiniz
Ziyillər, insan papilloma virusları (HPV) olaraq bilinən müəyyən bir virus qrupundan qaynaqlanan xoşxassəli dəri meydana gəlmələridir. Ziyillər ən çox əllərdə, ayaqlarda və üzdə olur. Genital bölgələrdə də ola bilər. Xüsusilə uşaqlarda və yeniyetmələrdə daha çox görülür Papilomaların müalicəsini gecikdirmək olmaz, xususi ilə “genital ziyillərdə “ olanlar da ailəlilər və yaxında ailə həyatı başlamaq istəyənlərə diqqətli olmalarını məsləhət edirik.
Doktor son olaraq bilirik ki, digər ölkələr də çox hallarda kosmetoloji prosedurlar dermatoloq vasitəsi ilə həyata keçirilir, dermatoloji prosedurlardan sizin etdiyiniz varmı?
Bütün kosmetoloji prosedurlar klinikamızda həyata keçirilir. Dolğu, Botox, Saplar, Mezoterapiya və s. Burada vacib məqam odur ki, elmi yanaşma və dəqiq diaqnoz. Hər istənilən yaşda, istənilən proseduru etmək məsləhət deyil. Mütləq mütəxəssis ilə məsləhətləşmək lazımdır.
Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik Doktor. Sizə müraciət etmək istəyən pasiyentlər necə əlaqə saxlaya bilər?
Bütün sosial şəbəkələrdə və bizə aid olan veb saytımızdan bizim həyata keçirdiyimiz işlər ilə yaxından tanış olabilərlər. Müalicəyə başlamaq istəyən pasiyentlər isə qəbula yazıla bilər.
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər