Whatsapp Instagram Youtube

Bloq - Xallar Haqqında Ətraflı / Xallar xərçəngə səbəb olur mu? Götürülməsi təhlükəlidir mi?

Xallar Haqqında Ətraflı / Xallar xərçəngə səbəb olur mu? Götürülməsi təhlükəlidir mi?

Xallar Haqqında Ətraflı / Xallar xərçəngə səbəb olur mu? Götürülməsi təhlükəlidir mi?

ss

Xal (Nevus) nədir?

Xal Latın dilində nevus adlanır. Onlar  bədənin hər yerində görünə bilən qəhvəyi, oval və ya dəyirmi xoşxassəli törəmələrdir. Dəriyə rəng verən piqment istehsal edən melanositlər adlanan hüceyrələrdən əmələ gəlir. Bəzi xallar doğuş zamanı mövcud olsa da, bəziləri böyümə dövründə yaranır. 

Bədənin hər yerində çox fərqli görünüşdə xal görünə bilər. Xallar dəri rəngində, çəhrayı, açıq qəhvəyi, qəhvəyi və bəzən hətta mavi-qara ola bilər.  Onların forması adətən oval və ya yuvarlaq, dəridən qabarıq və ya düz, tüklü və ya tüksüzdür.

Xallar zamanla dəyişə bilər. Yetkinlik, hamiləlik, günəşə məruz qalma ilə onların böyüməsi sürətlənir, yeniləri yarana bilər.

 

Xərçəng riski varmı?

Əslində, adi xallar çox nadir hallarda xərçəngə çevrilirlər.  Melanoma və ya "Malign Melanoma" adlı həyati təhlükəsi olan bir dəri xərçəngi görünüşcə adi xallara bənzəyə bilər. Dermatoskop adlanan cihazla müayinədən sonra xalın bəd və ya xoş xassəli olması haqqında daha dəqiq məlumat vermək mümkündür. Bu müayinə qeyri-invaziv və ağrısızdır. Həmçinin insanlar mütəmadi olaraq öz xallarını müayinə edən bilərlər. Bunun üçün ABCD (İngilis dilində simptomların baş hərflərindir) qaydalarından istifadə edilir.

Asimmetriya: (asymmetry) Xalın bir yarısı digər yarısı ilə uyğun gəlmir.

Sərhəd: (border) Xalın sərhədlərində düzənsizlik

Rəng: (color) Bütün xalda rəng fərqliliyi və ya qəhvəyi qara, qırmızı, ağ və ya mavi rənglərin aşkarlanması Diametr: (diameter) Diametri qələm ucu silgisindən daha böyük və ya zamanla böyümə

 

ABCD qaydasında bir və ya bir neçə maddənin olması şəxsdən dermatoloqa (dermatoloqa) müraciət etməyi tələb edir.  Heç bir zərbəyə məruz qalmadan xal üzərində qanaxma və ya yaralanma və onun sürətlə dəyişməsi bu nevusu bir dermatoloq tərəfindən görülməsini tələb edən xüsusiyyətlərdir.

Əvvəlcədən ABCD qaydasının xüsusiyyətlərinin bəzilərinə malik olan bəzi spesifik xallar var ki, bunlara displastik və ya atipik nevus deyilir. Bu cür xallı insanlarda melanomanın inkişaf riski daha yüksək olduğuna görə bir mütəxəssis dermatoloqa müraciət etmələri faydalıdır.  Burada mühüm məqam erkən diaqnozdur. Anadangəlmə xalların melanoma inkişaf riski bir qədər yüksəkdir.

 

Xal kimi görünən başqa hansı törəmələr vardır? 

İnsan öz dərisinə baxdıqda xala bənzəyən bəzi ləkələr görə bilər.  Bunlar ən çox çillərdir. Üz, kürək və çiyinlər kimi günəşə ən çox məruz qalan yerlərdə çillərə daha çox rast gəlinir.

Xala bənzəyən digər strukturlar seboreik keratozdur. Seboreik keratoz  dərinin xoş xassəli törəməsidir, xərçəngə çevrilmə ehtimalı yoxdur. Estetik olaraq insanları narahat edə bilər.

Tez-tez xallarla qarışdırılan başqa bir törəmə, daha çox orta yaşlı insanlarda görülən, yaşlılıq ləkələri olaraq da bilinən solar lentigodur.

 

Xalın Müalicəsi necədir?

Xallar adətən sağlamlığa xələl gətirmir.  Estetik olaraq yerindən və ölçüsündən asılı olaraq insanı narahat edə bilər.  Əgər xallar sürətli forma, rəng və ya ölçü dəyişikliyinə məruz qalırsa, qanayırsa, qaşınırsa, melanoma ehtimalı səbəbiylə sağlamlıq problemi yarada bilər. Bu halda xalların çıxarılması tələb oluna bilər.  Daha sonra patoloji müayinəyə göndərilməlidir.

Bir xalın (qismən və ya tam) çıxarılması xərçəngə səbəb olmur. Xalq arasında geniş yayılmış və inanılan “xala bıçaq dəyərsə, xərçəngə səbəb olar” deyimi doğru deyil.  Bəzən xalların çıxarılması tələb oluna bilər, çünki bəzən xallar insanları estetik cəhətdən narahat edir. Saqqal bölgəsindəki xallar bəzən təraş zamanı təsadüfən kəsilə bilər.  Bu vəziyyət xal üçün əlavə xərçəng riski yaratmır, lakin yenə də onların yaratdığı narahatlığa görə bu tip yerlərdə olan xalların çıxarılması arzuolunan ola bilər. 

Hal hazırda müxtəlif lazer və cərrahi üsullar xalların xaric edilməsində müvəffəqiyyətlə istifadə olunur.

 

Dermatoloq Dr Mehdi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər