Whatsapp Instagram Youtube

Bloq - Melazma nədir? Müalicəsi necədir? Melazmadan necə qorunmaq olar?

Melazma nədir? Müalicəsi necədir? Melazmadan necə qorunmaq olar?

Melazma nədir? Müalicəsi necədir? Melazmadan necə qorunmaq olar?

ss

Melazma dəridə qəhvəyi rəngli ləkələrin olması ilə xarakterizə olunan dəri xəstəliyidir. Bu, dəridəki melanosit hüceyrələri tərəfindən həddindən artıq melaninin istehsalı ilə əlaqədardır. Melanositlər dəridə piqment əmələ gətirən və toplayan hüceyrələrdir.  Melazma ilk növbədə üz dərisində hiperpiqmentasiyası ilə xarakterizə olunur.  Melazma adətən alın, yanaq, çənə və dodağın üst hissəsində rast gəlinir. Bədənin uzun müddət günəşə məruz qalan digər hissələrində də inkişaf edə bilər.

 

 Hamiləlik dövründə görülən melazmaya “hamiləlik maskası” və ya “xloazma” deyilir.

 

İrqi və genetik meyllilik melazmanın əmələ gəlməsində ən mühüm faktordur. Dərinin rəngi nisbətən tünd olan 20-50 yaş arası qadınlarda daha çox rast gəlinir.  Kişilərdə də müşahidə oluna bilər.

 

 Melazmanın səbəbi dəqiq bilinməsə də, fotohəssaslıq və günəşə uzun müddət məruz qalma, hormonal dəyişikliklər, hormon əvəzedici müalicələr (estrogen, progesteron, tiroid və s.), antibiotiklər, antidepressantlar, doğuşa nəzarət həbləri, kimyəvi kosmetik məhsullar, dərini qıcıqlandıran maskalar, sərt epilyasiya prosedurları və s. melanin istehsalında artıma səbəb olaraq melazma riskini artırır.

 

 Melazmanın  heç bir daxili xəstəlik və ya orqan disfunksiyası ilə əlaqəsi yoxdur.

 

Melazmanın növləri hansılardır? 

Melazmanın epidermal, dermal, qarışıq və adsız növləri var.

 

1. Epidermal tip - dərinin səthi təbəqələrində artıq melaninin olması ilə xarakterizə olunur.

2. Dermal tip - bütün dəridə melanofaqların (melanini udan hüceyrələr) olması ilə xarakterizə edilir.

3. Qarışıq tipə həm epidermal, həm də dermal tiplər daxildir. 

4. Adsız tip - tünd dərili şəxslərin dərisində melanositlərin artıq olması ilə xarakterizə olunur.

 

Melazma diaqnozu necə qoyulur?

Həkim dermatoloqun müayinəsi zamanı melazmaya asanlıqla diaqnoz qoymaq mümkündür. 

 

Melazma necə müalicə olunur?

Melazma adətən ciddi sağlamlıq problemi deyil. Hamiləlik dövründə hormonal dəyişikliklər yaşandığı zaman yaranan ləkələr doğuşdan sonra öz-özünə keçə bilir.  Melazmanın müalicəsi həm xəstədən, həm də həkimdən səbir tələb edən uzunmüddətli bir prosesdir.  Açıq dərili insanlarda müalicə bəzən ləkələri tamamilə aradan qaldıra bilir, lakin təkrarlanma ehtimalı var.  Tünd dərili insanların tamamilə sağalma ehtimalı azdır və ləkələrin təkrarlanma ehtimalı daha yüksəkdir.  Açıq dərili insanlar nəticəni həftələr ərzində görə bilir, tünd dərililər isə aylarla müalicə tələb edə bilər.

 

Melazmada ən təsirli müalicə üsulları dərini qıcıqlandırmayan, soymayan, melanositlərə və melanini udan makrofaqlara təsirli olan Thulium, Q-Switch.dir

Müalicə prosesində həkimlə məsləhətləşmədən kosmetik məhsullardan istifadə edilməməlidir. .  Dərini qıcıqlandıran qulluq məhsulları ləkələrin daha da yayılmasına səbəb ola bilər.

Salutem Dermatoloji Klinikasında Dermatoloq Dr. Mehdi Mahmudi tərəfindən tətbiq edilən düzgün müalicələrlə melazma ləkələrindən əziyyət çəkən bir çox insan uğurlu nəticələr əldə edir.  Melazmanın müalicəsi uzun müddətlidir. Bu müddət ərzində dermatoloqun tövsiyələrinə əməl etmək müalicədən maksimum nəticə əldə etməyinizi təmin edəcək. Nəhayət, melazma aradan qaldırıldıqdan sonra dermatoloqunuz tərəfindən təkrarlanmanın qarşısını almaq üçün baxım müalicəsi planlaşdırıla bilər.

 

Melazmaya qarşı necə tədbir görülməlidir?

Günəşin UVA və UVB şüalarına qarşı ən az 50 faktorlu günəşdən qoruyucu vasitələrdən hər gün istifadə edilməlidir.  Buludlu günlərdə, hətta üzgüçülükdən və ya tərləmədən sonra da günəşdən qoruyucu istifadə etmək vacibdir, çünki günəş işığı melazmanı şiddətləndirə bilər.  Qeyd etmək lazımdır ki, UVA şüşədən də keçə bilər.  Avtomobildə və pəncərə qarşısında olarkən evdə də istifadə edilməlidir.

 

 Melazmaya qarşı istifadə edilən yüksək SPF günəş qoruyucularından ən təsirlisi əlavə olaraq tərkibində “sink oksid” və “titan oksidi” olanlardır.

 

Dərini günəşdən qorumaq üçün çölə çıxmazdan 15 dəqiqə əvvəl günəşdən qoruyucu krem ​​istifadə edilməli və ən azı 2 saatdan bir təkrar tətbiq olunmalıdır.

 

Dermatoloq  Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər