Evdə 1-ci dərəcəli yanıqların müalicəsi / Dermatloq Dr Mehdi
ssEvdə çay, isti su və isti məişət cihazlarının səbəb olduğu hadisələr nəticəsində yaranan yanıqlara çox rast gəlinir. Birinci dərəcəli yanıqlar üçün evdə edilə bilən bəzi üsullar vardır.
1. Yanmış nahiyə 10-15 dəqiqə soyuq su altında saxlanılmalı və ya buz qoyulmalıdır. Buz birbaşa dəriyə təmas etdikdə buz yanıqları baş verə bilər, buna görə də buz təmiz bir bezlə sarıldıqdan sonra dəri səthinə yerləşdirilməlidir.
2. Yanmış nahiyənin ağrısı azalana qədər soyuq, nəm bez qoya bilərsiniz.
3. Gündə 2-4 dəfə yanmış nahiyəyə qoxusuz, ətirsiz, təmiz vazelin, bepanthol çəkə bilərsiniz.
4. Yanmış nahiyəyə heç vaxt diş pastası, zeytun yağı və ya digər maddələr çəkilməməlidir, çünki bu maddələr yanıq nahiyəsində infeksiyaya səbəb ola bilər.
5. Antibiotik kremlərin lazımsız istifadəsi yaraların sağalmasını gecikdirir və rezistent infeksiyalara səbəb olur.
6. Əgər qabarcıqlar (bul) əmələ gəlibsə, bu qabarcıqları partlamayın, qabarcıqlar partladıqda və ya açıldıqda infeksiya riski artır.
7. Bu qabarcıqlar və açıq yaralar üçün vazelin tətbiq edildikdən sonra steril qazlı bez ilə sarıla bilər.
8. Ağrı varsa, müxtəlif ağrı kəsici həblər istifadə edilə bilər.
9. Əgər yanığınızın pis qoxusu, sarı-yaşıl axıntısı varsa və ya əzələ və dərialtı toxumaların yanığı varsa (2-3-cü dərəcəli yanıq) mütləq dermatoloqa müraciət etməlisiniz.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
DermatoloqDr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər