Whatsapp Instagram Youtube

Bloq - Psoriaz nədir? Müalicəsi necədir? Dermatoloq Dr Mehdi

Psoriaz nədir? Müalicəsi necədir? Dermatoloq Dr Mehdi

Psoriaz nədir? Müalicəsi necədir? Dermatoloq Dr Mehdi

ss

Psoriaz nədir? Psoriaz (pullu dəmrov) – dəri, dırnaq və oynaqları zədələyən, yoluxucu olmayan, xroniki xəstəlikdir. Psoriatik elementlər gümüşü-ağ rəngli pulcuqlarla örtülü olan, çəhrayı rəngli epidermo-dermal papulalardır.

Dünyada orta hesabla yüz milyon insanı əhatə edən bu xəstəlik kişi və qadınlarda eyni tezlikdə müşahidə edilir. Adətən gənc yaşda yaranır, residiv və remissiyalarla davam edir. 

Ən çox baş dərisində, diz və dirsəklərdə, bununla yanaşı dırnaqlarda və bədənin digər hissələrində də psoriaz xəstəliyi ola bilər.

 

Psoriazın növləri: 

1. Plak psoriaz. Ən çox rast gəlinən formadır. Çəhrayı-qırmızı rəngli lezyonlarla (elementlərlə) irəliləyir, üzərində pullanma (qabıqlanma) müşahidə olunur.

2. Quttat psoriaz. Adətən uşaqlarda baş verir, damcı şəklində bədəndə yayılmış elementlər nəzərə çarpır.

3. Eritrodermik psoriaz. Daha nadir rast gəlinən bu  formada qabıqlanma qabarıq deyil, bütün bədənin 80-90%-ni əhatə edən qızartı var. Bu, adətən xəstəxanaya yerləşdirilməklə müalicə olunan ciddi bir vəziyyətdir.

4. Pustular psoriaz. Sarı iltihabla dolu sancaq başı ölçülü vezikullar kimi görünür. Qızdırma halsızlığa səbəb ola bilər, adətən xəstəxanaya yerləşdirilməklə müalicə olunur.

5. Palmo-plantar (ovuc-ayaqaltı) psoriaz. Yalnız ovuc içi və ayaq altında psoriaz üçün xarakterik olan skuam (qabıqlanma) görünür.

6. Saçlı dəri psoriazı. Saçlı dəridə müşahidə edilir. 

7. Dırnaq psoriazı. Dırnaqda çuxurlar, qalınlaşmalar, dırnaq yatağından ayrılmalar, rəng dəyişiklikləri görünə bilər. 

8. Oynaq psoriazı (psoriatik artrit). Bu, psoriaz xəstəliyinin oynaq formasıdır. Oynaqlarda şişlik, ağrı və temperaturun artması ilə başlayır.  Müalicə edilməzsə, daimi oynaq deformasiyalarına və əlilliyə səbəb ola bilər.

 

Psoriazın səbəbləri

Psoriazın dəqiq səbəbi hələ aydınlaşdırılmamışdır, ancaq immun sistem hüceyrələrinin anormal fəaliyyəti ilə əlaqədar olduğu düşünülür. Tam olaraq irsi xəstəlik deyil, lakin ümumilikdə xəstələrin 25-40%-nin ailəsində psoriaz xəstəliyi var.

Psoriasis yoluxucu deyil.

Psoriazı tətikləyən faktorlar nələrdir?

Travma (qaşınma, sürtmə, qıcıqlanma)  

Stress 

Qeyri-sağlam qidalanma Siqaret  

Spirtli içkilər

Bəzi dərmanlar (İstifadə etdiyiniz dərmanlar barədə mütləq həkiminizə məlumat verin)

 

Psoriazın Müalicəsi

TOPİKAL MÜALİCƏLƏR (yerli tətbiq edilən dərmanlar)

 

Şiddətli olmayan psoriazda ilk addım və ən vacib müalicə yerli tətbiq edilən müalicələrdir. Buna görə də kremlərinizi dermatoloqun tövsiyə etdiyi müddət və dozada istifadə edin. Bu gün psoriaz xəstəliyinin qəti müalicəsi olmasa da, onu idarə və remissiya əldə etmək mümkündür. Kremlərin təsirsiz olduğu və ya həblərin və inyeksiyaların daha təsirli olduğuna dair ictimai bəyanatlara inanmayın. Psoriazda müalicə sxemi xəstəliyinin şiddətindən və növündən asılı olaraq təyin edilir.

 

 FOTOTERAPİYA (PUVA, UVB, İŞIQ TERAPİYASI)

Günəş işığının bəzi dalğa uzunluqlarından istifadə edərək tətbiq olunur.  Adətən həftədə 2-3 dəfə tətbiq olunur. Bu işıq terapiyasını solaryumla qarışdırmaq olmaz. Burada işığın yalnız müəyyən bir hissəsi müəyyən dozalarda və həkim nəzarəti altında tətbiq edilir.

 

SİSTEMİK TERAPİYA

Orta və şiddətli psoriazda həblər dermatoloqun uyğun hesab etdiyi dozada və müddətdə istifadə edilə bilər. Yan təsirləri izləmək üçün bu müalicələr müəyyən aralıqlarla həkim nəzarəti altında aparılmalı, istənilən testlər edilməli və kəsilməməlidir. Psoriaza qarşı dərmanlarınızı həkim tövsiyəsinə uyğun istifadə edin!!

 

Tövsiyələr

Piylənmə, yüksək qan təzyiqi, diabet və ürək xəstəlikləri psoriazlı xəstələrdə ümumi əhaliyə nisbətən daha çox müşahidə olunur. Bu səbəbdən psoriaz xəstələrinə həyat tərzinə çox diqqət yetirmələri tövsiyə olunur. Sağlam qidalanma və idman bu xəstəliklərin riskini minimuma endirəcək.  Siqaret və spirtli içki stifadə etməyin.

Psoriazda bəzən oynaq tutulması ola bilər. Oynaqlarda ağrıların olması xəstəliyin ağırlaşdığını göstərir. Psoriaz mütləq ciddiyə alınmalı və erkən mərhələdə dermatoloqa müraciət edilməli olan bir xəstəlikdir.

 

Dermatoloq Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər