Fraksional lazer nədir? Dermatoloq Hekim
ssFraksional lazer dərinin cavanlaşdırılmasında etibarlı bir prosedurdur və bunu etdikdən sonra gündəlik həyatınıza qayıda bilərsiniz. Bu tətbiq köhnə epidermal piqment hüceyrələrini məhv edir, dərimizə dərindən nüfuz edir və hər mikrotermal zədələnmə ilə bölgədəki dərinin regenerasiyasını təmin edir.
Son illərdə sızanaq, çapıq, yanıq, ləkə, günəş ləkələri və kəsilmiş çapıqların müalicəsində istifadə edilən ən təsirli üsullardan biridir. Eyni zamanda bu üsul dəridə olan qırışların kosmetik korreksiyası və dərinin yenilənməsi üçün istifadə olunur.
Fraksional lazer proseduru nə qədər davam edir?
Anestezik krem prosedurdan 15 dəqiqə əvvəl tətbiq olunur, prosedur 20-45 dəqiqə ərzində tamamlanır.
Prosedurdan sonra nələrə diqqət edilməlidir?
Prosedurdan sonra su əsaslı nəmləndiricilər və günəşdən qoruyucu kremlər tövsiyə olunur. Prosedurdan sonra xüsusilə ilk 3 gündə günəşdən çox yaxşı qorunmalıdır.
Fraksional lazer hansı problemlərdə tətbiq olunur?
Qırışlar
Genişlənmiş məsamələr Sızanaq izləri
Dəri strukturunda nizamsızlıq və boşluqlar
Cərrahi çapıqlar
Yara və əməliyyat izləri Kəsik izləri
Yanıq izləri
Göz ətrafında yağ yığıntıları Kiçik xoşxassəli dəri törəmələri
Yan təsirləri hansılardır?
Tətbiqdən sonra dəridə qızartı və ödem əmələ gələ bilər. Adətən 24 saat ərzində tamamilə geriləyir. Dərinin mikrotermal zədələnməsi səbəbindən sancaq başı şəklində qabıqlanma meydana gələ bilər. Bu qabıqlar adətən kənardan nəzərə çarpmır və orta hesabla 4-5 gün ərzində tökülür və nəticədə daha yumşaq, hamar bir dəri əldə edilir.
Təsiri nə vaxt başlayır?
Tam nəticə təkrar seanslardan sonra 4-6 ay ərzində əldə edilsə də, ilk seansdan sonra da fərqlər gözlə görünür.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər