Dəri çatlarının (stria) yaranma səbəbləri və müalicəsi
ssDəri çatlarının (stria) səbəbləri nələrdir?
Çatlar (tibbi dildə stria) kişilərdə və qadınlarda qarın, bud, omba, sinə, yuxarı qollar və bel kimi bədən hissələrində yarana bilər. Dərinin orta təbəqəsindəki strukturlar (yəni dermisdəki) dərinin əvvəlki formasına qayıtmasına şərait yaradır. Dəri daim gərgin olduqda, dermisdəki strukturlar parçalanır və dəridə çatlar əmələ gəlir. Bu cür çapıqlar hamiləlik, kökəlmə, sürətli çəki itirmə, artıq çəki alma kimi dərinin həddindən artıq gərilməsindən sonra öz əvvəlki vəziyyətinə qayıda bilmədiyi zaman yaranır. Çatlar başlanğıcda qırmızımtıl və bənövşəyi olur, daha sonra parlaqlaşır və dəridə gümüş və ya ağ xəttlər kimi görünür.
Müalicə necədir?
Çatlaqlar üçün müxtəlif müalicələr var. Müalicənin müvəffəqiyyəti dəri tonunuzdan, çatlaqların dərinliyindən, yaşınızdan, dərinizə günəşin vurduğu zərərin miqdarından asılıdır.
Çatlaqların müalicəsi çətindir. Bununla belə, xüsusilə son 20 ildə dermatologiya sahəsindəki inkişaflar çatları müalicə edilə bilən hala gətirdi. Bu gün çatların müalicəsində ən çox istifadə edilən üsullar dermaroller, dermapen, mezoterapiya, PRP, dermabraziya, fraksional lazer və iynəli radiofrekans üsullarıdır. Bu üsulların birgə istifadəsi müalicənin effektivliyini artırır. Tədqiqatlarda dermis və epidermisdə idarə olunan travma yaradaraq toxumaların yaxşılaşmasına və yeni kollagen sintezinə səbəb olan fraksional lazer və iynə radiotezlik sistemlərinin çatların müalicəsində daha müvəffəqiyyətli olduğu müəyyən edilmişdir. Dermapen, dermaroller, lazer və radiotezlik tətbiqlərindən sonra yaraların sağalmasını sürətləndirmək və ya artırmaq üçün PRP və müxtəlif mezoterapiya kokteyllərindən istifadə edilir. Bu üsullar, çatın dərinliyindən və genişliyindən asılı olaraq, orta hesabla 3-4 həftəlik fasilə ilə 4-8 seans üçün tövsiyə olunur. Prosedurdan sonra tətbiq olunan nahiyədə qızartı ola bilər ki, bu da adətən 1-2 gün ərzində geriləyir. Tətbiq olunan nahiyənin tez-tez nəmləndirilməsi və ən azı 2 həftə günəşdən qorunması tövsiyə olunur.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər